BolgeXeber.Com » Gündəm » Masallı meşələrində istirahət mərkəzləri ekologiyaya belə zərər vurur-VİDEO

Masallı meşələrində istirahət mərkəzləri ekologiyaya belə zərər vurur-VİDEO

23-04-2022, 13:27
Oxunub: 3 312 BÖLGƏ.TB bildirir ki, bəzi regionlarımızdakı meşələrdə vəziyyət heç də ürəkaçan deyil. Əməkdaşlarımız bu dəfə Masallıda olublar və bəzi istirahət mərkəzlərində təbiətə zərər vurulmasının şahidi olublar.
Belə ki, bu ərazidə sürü ilə mal-qara otarır, ağacların dibləri betonlanıb, çoxlu sayta daş meydançalar  düzəldilib , ağacların üstündən elektrik xətləri keçir, kanalizasiya suları birbaşa yaşıllığa tökülür və bununla da ekologiya pozulur.
Son zamanlar  Ekologiya və Təbii Sərvətlər Nazirliyi  tərəfindən görülən müsbət işlər göz qabağındadır.
Belə ki, ETSN tərəfindən ekologiya və ətraf mühitin mühafizəsinə ciddi diqqət yetirilir, bu istiqamətdə məqsədyönlü tədbirlər görülür.
Ekologiya və Təbii Sərvətlər naziri hörmətli Muxtar Babayev tez-tez  regionlarda ekologiya ilə bağlı tədbirlərdə iştirak edir ,monİtorinqlərin, reydlərin keçirilməsinə nəzarət edir . Bu baxımdan  meşələrimizi qorumağa məsul olan regional meşə idarələrinin rəhbərləri heç olmasa  nazirimizdən örnək götürüb öz ərazilərinə çıxıb nəzarət etsəydilər pis olmazdı…
Araşdırmamız davam edir,yaxın saatlarda məsələ ilə bağlı hazırladığımız geniş reportajı təqdim edəcəyik.
Ümid edirik Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyatı qurumları işıqlandırdığımız problemə reaksiya verəcəklər və lazımi tədbirlər görüləcək.