BolgeXeber.Com » Gündəm » Azərbaycanda son sutkada 13 nəfər koronavirusa yoluxub

Azərbaycanda son sutkada 13 nəfər koronavirusa yoluxub

29-04-2022, 17:18
Oxunub: 2 808 Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 13 yeni yoluxma faktı qeydə alınıb, 16 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 792 558 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 744 nəfər müalicə olunaraq sağalıb, 9 709 nəfər vəfat edib. 105 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 731, bu günə qədər isə ümumilikdə 6 811 382 test icra olunub.