BolgeXeber.Com » Gündəm » Günün yoluxma statistikası

Günün yoluxma statistikası

5-05-2022, 17:01
Oxunub: 3 664 Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 11 yeni yoluxma faktı qeydə alınıb, 21 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, ölən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 792 599 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 839 nəfər müalicə olunaraq sağalıb, 9 709 nəfər vəfat edib. 51 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 903, bu günə qədər isə ümumilikdə 6 826 926 test icra olunub.
 
Son gündə koronavirus əleyhinə 5 046 vaksin vurulub.
Məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 527, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 523, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 645 nəfərdir. Pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 351-dir.
İndiyədək vurulan vaksinlərin ümumi sayı 13 658 768, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 340 868, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 4 841 135, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 236 032, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 240 733 nəfərdir.