Bolgexeber.com-un 1 yaşı tamam oldu
6-06-2011, 12:25
Oxunub: 7 361

Ölkənin tanınmış simaları və oxucularımız bizə xeyli sayda təbriklər göndərib
Bu gün Bolgexeber.com Xəbər Portalının 1 yaşı tamam olur. Bununla bağlı həm oxucularımızdan, həm də ölkənin ictimai-siyasi xadimlərindən, habelə həmkarlarımızdan xeyli sayda təbriklər almışıq.
Bizi təbrik edənlər arasında millət vəkillərindən Rəbiyyət Aslanova, Çingiz Qənizadə, Cavanşir Paşazadə, Fəzail Ağamalı, həmkarlarımızdan isə Eldəniz Elgün, Fərid Şahbazlı, Ədil Hüseynli və digərləri vardır. Onlar Xəbər Portalımızın fəaliyyətini yüksək qiymətləndirərək, bizə bundan sonrakı dönəmdə uğurlar arzulamış, müvəffəqiyyətlər diləmişlər. Ölkənin tanınmış şəxsləri bildiriblər ki, bu bir il ərzində Bolgexeber.com Xəbər Portalı cəmiyyətin problemlərinin işıqlandırılmasında, hadisələrə obyektiv qiymətin verilməsində obyektivlik, dəqiqlik və operativlik nümayiş etdirib. Onlar qeyd ediblər ki, Xəbər Portalımız bundan sonra da prinsiplərinə sadiq qalaraq, fəaliyyətini gücləndirməlidirlər.
Onu da bildirək ki, saytımızın 1 yaşı tamam olması münasibəti ilə həmçinin oxucularımızdan da xeyli sayda təbrik məktubları almışıq. Masallı, İmişli, Sabirabad, Xaçmaz və digər bölgələrəmizdən gələn təbrik məktublarında bizə uğurlar dilənir, müvəffəqiyyətlər arzu edilir.
Bolgexeber.com saytı ona təbrik ünvanlamış bütün dostlar və oxucularına dərin təşəkkürünü bildirir və onlara göstərdikləri dəstəyə görə minnətdarlıq edir.
Xəbər Xidməti
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər