BolgeXeber.Com » Gündəm » Hökumət quru sərhədlərin açılması üçün işlərə başladı - Deputatdan şad xəbər
Hökumət quru sərhədlərin açılması üçün işlərə başladı - Deputatdan şad xəbər
21-06-2022, 10:24
Oxunub: 640
“Vətəndaşlarımız quru sərhədlərin bağlı olmasına görə çox əziyyət çəkir. Tezliklə açılmasının tərəfdarıyam”.
Bunu Bakupost.az -a millət vəkili Elman Məmmədov deyib.
“Sərhədlərin açılmasının tərəfdarıyam. Çünki insanlarımız quru sərhədlərin bağlı olmasına görə həddindən artıq əziyyət çəkirlər. Təyyarə ilə gediş-gəliş məsələsində də problemlər çoxdur. Yəni maddi cəhətdən biletlərin qiymətinin yüksək olması insanların büdcəsinə uyğun deyil. Eyni zamanda, təyyarə ilə yük daşınması problemlidir. Ona görə də tezliklə quru sərhədlərimzin açılmasını dəstəkləyirəm. Biz fikrimizi bildiririk, lakin bəzi məsələlər var: məsələn, dövlətlərarası münasibətlər, pandemiya, digər xəstəliklər, yaxud da təhlükəsizliklə bağlı məsələlər. Millət vəkili olaraq müvafiq qurumlara çağırış edirəm ki, quru sərhədlərimizin açılması istiqamətdə işlər tezləşdirilsin. Qonşu ölkələrə müalicə üçün gedən insanlar var ki, indi onlar qayıda bilmirlər. Çünki quru sərhədlər açıq deyil, təyyarə biletləri də bahadır. İşləməyə gedib, indi ölkəmizə qayıtmaq istəyən insanlar da bu kateqoriyaya daxildir. Bildiyimə görə, hökumətimiz də çalışır ki, bu istiqamətdə işlər tezləşdirilsin. Amma sərhədlərin açılması birtərfli qaydada mümkün deyil, iki dövlət arasında olan məsələlərdir. Bu işlər sürətlənməli və quru sərhədlərimiz insanlarımız üçün açılmalıdır”.
Çox Oxunanlar
- 8-06-2022, 14:00 : Ali Məhkəmə Qoca Səmədovun cəzasını azaltdı
Gündəm
- 10-06-2022, 17:26 : Milli qurtuluş günü sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür
Siyasət
- 6-06-2022, 16:02 : Kamaləddin Qafarov: “Bu sərgi neft-qaz sənayesi üzrə vacib beynəlxalq platformadır”
Siyasət
- 8-06-2022, 16:30 : Bakıda bu çimərliklərdən istifadə etmək olmaz - Siyahı
Gündəm
- 7-06-2022, 18:51 : Kamran Əliyev rayon prokurorlarına göstərişlər verdi
Gündəm
- 7-06-2022, 18:40 : Tərtərdə vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılır
Bölgə
- 8-06-2022, 16:13 : “Uşaqların doğulanadək cins seçiminə Yox deyək!” adlı maarifləndirici tədbir keçirilib
Sosial
- 7-06-2022, 17:37 : Bakıda qanunsuz parkinq salan Xalq artisti: “Nə istəyirsiniz məndən?”
Gündəm
- 21-06-2022, 09:57 : Ulu Öndər demokratik düşüncə və dəyərlərinə hər zaman öz sadiqliyini nümayiş etdirmişdir
Siyasət
- 7-06-2022, 10:30 : Azərbaycanda daha bir rayonda erkən nikaha cəhd - Polis hərəkətə keçdi
Bölgə