BolgeXeber.Com » Gündəm » Rəis müavini niyə özünə qəsd edib? - 2 uşaq atasının ölümü ilə bağlı yeni DETALLAR - FOTO
Rəis müavini niyə özünə qəsd edib? - 2 uşaq atasının ölümü ilə bağlı yeni DETALLAR - FOTO
14-07-2022, 13:00
Oxunub: 4 680
Xəbər verdiyimiz kimi, Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük idarəsinin mobil gömrük şöbəsinin rəis müavini Əli Cahangirli intihar edib.
Bakupost.az Əli Cahangirlinin fotosunu və onun özünə qəsd etməsi ilə bağlı bəzi məlumatları əldə edib.
1986-cı il təvəllüdlü Əli Cahangirli Naxçıvanda anadan olub, 12 ildir gömrük sistemində çalışıb. İşlə bağlı hansısa problemi olmayıb.
Hadisə baş verən gün, yəni dünən axşam, işdən sonra dostları ilə görüşüb, birlikdə şam edib, yeyib-içiblər.
Məclisdə dostları ilə söhbət edən gömrükçü həvəsdən düşdüyünü, həyatdan bezdiyini deyib. Daha sonra həmişə istifadə etdiyi taksini çağırıb, evə gedib.Həmin gün Əlinin ailə üzvləri evdə olmayıb. Taksi sürücüsü onun vəziyyətini görüb və onunla qalıb. Səhərə kimi yemək süfrəsi arxasında söhbət ediblər.
O, sürücüyə özünü öldürmək istədiyini deyib. Sürücü isə onu bu fikrindən yayındırmağa çalışıb.
Səhər 8-də sürücü ondan ayrılaraq evinə gedib. Hadisə də bundan sonra baş verib. Əlinin depressiyaya düşməsi, həyatdan bezməsinə nəyin səbəb olduğu barədə heç bir məlumat yoxdur.Dostları, iş yoldaşları onu yaxşı insan kimi xarakterizə edir. Həmişə deyib-gülən, şən biri olub.
Mərhum ailəli olub, 2 azyaşlı övladı var.Qeyd edək ki, faktla bağlı Astara rayon prokurorluğunda araşdırma aparılır.


Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər