Yeni təyin edilən başçılar kimlərdir? - DOSYE
25-07-2022, 13:53
Oxunub: 7 576
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Elvin Nazim oğlu Paşayev Göygöl Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
E. Paşayev bu vəzifəyə qədər yüksək vəzifələrdə çalışıb.
2020 ci il iyunun 23-də İlham Əliyevin "Dövlət qulluqçularının təltif edilməsi haqqında" Sərəncamı siyahısında E. Paşayev də olub.
O zaman Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbərinin müavini vəzifəsində çalışan E. Paşayev “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
Qeyd edək ki, E.Paşayev 20 ilə yaxın iş təcrübəsi dövründə Əmək və Əhalininin Sosial Müdafiəsi Nazirliyində kadrlar şöbəsinin sektor müdiri, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində İnsan resursları və təlim şöbəsinin müdiri vəzifələrində çalışıb. Bununla yanaşı E.Paşayev Dünya Bankı və Avropa Birliyinin layihələrində məsləhətçi-ekspert kimi çalışıb. Azərbaycan İnsan Resursları Assosiasiyası İctimai Birliyinin (AİRA) təsisçilərinən biridir.
Azərbaycan Milli Elmlər Akademiyasının doktorantıdır.
Ailəlidir.
Lerikə təyin edilən digər yeni başçı isə Əkbər Bəxtiyar oğlu Abbasovdur.
1988-ci il təvəllüdlü olan Ə.Abbasov Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavriat, Avropa London Biznes Məktəbində Maliyyə menecmenti ixtisası üzrə magistratura, Azərbaycan Milli Elmlər Akademiyasında Texnoloji İnnovasiyalar İqtisadiyyatı ixtisası üzrə aspirantura/doktorantura təhsili alıb.
Ə. Abbasovdur həmçinin, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzində direktor vəzifəsində də çalışıb.Masallıya təyin olunan Araz Süleyman oğlu Əhmədov haqqında isə hansısa məlumata rast gəlmək mümkün olmadı.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər