BolgeXeber.Com » Gündəm » "Qisas" əməliyyatında Ordumuzun nəzarətə götürdüyü ərazilərdən - VİDEO

"Qisas" əməliyyatında Ordumuzun nəzarətə götürdüyü ərazilərdən - VİDEO

11-08-2022, 18:00
Oxunub: 3 672

Azərbaycan Ordusu tərəfindən ərazidə aparılan dəqiqləşdirmələr nəticəsində nəzarətə götürülən Buzdux və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklərdə mühəndis təminatı üzrə tapşırıqlar yerinə yetirilir. 
Bolgexeber.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bölmələrimiz tərəfindən əlverişli hədlərdə yeni mövqelərin qurulması və dəqiqləşdirilmiş mövqelərə təminat yollarının çəkilməsi üzrə mühəndis işləri görülür.
Azad edilən ərazi və hakim yüksəkliklərdə mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir.