"Maskanı yenidən məcburi edə bilərlər"- Deputatdan XƏBƏRDARLIQ
25-08-2022, 14:00
Oxunub: 4 744
"Sentyabr ayından hökmən qabaqlayıcı tədbirlər görülməlidir. İnsanlarımızın sağlamlığının keşiyində durmaq, onların bu sahədə təhlükəsizliyini təmin etmək çox vacibdir”.
Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov ölkədə koronavirusa yoluxma hallarının sayının artmasına münasibət bildirərkən deyib.
Deputat qeyd edib ki, qonşu dövlətlərdə və ölkədəki epidemioloji vəziyyəti nəzərə alaraq sentyabrdan qabaqlayıcı tədbirlər görülməlidir:
"Sentyabrdan hökmən qabaqlayıcı tədbirlər görülməlidir. İnsanlarımızın sağlamlığının keşiyində durmaq, onların bu sahədə təhlükəsizliyini təmin etmək çox vacibdir. Dövlətimiz də həmişə bunu diqqət mərkəzində saxlayır. Ona görə də, vaxtaşırı məlumatlar verilir. Azərbaycanda da, dünya dövlətlərində də yoluxmaların sayının artması, azalması haqqında hər gün məlumatlar gedir. Dünənki xəbərlərdə də Türkiyənin Səhiyyə Nazirliyinin məlumatı getdi ki, Türkiyədə meymunçiçəyinə yoluxmaların sayı artır. Bütün bunları nəzərə alaraq, qonşu dövlətlərdəki, dünya dövlətlərindəki, bizimlə sıx əlaqələri olan dövlətlərdəki vəziyyəti, eyni zamanda ölkə daxilindəki epidemioloji vəziyyəti nəzərə alaraq, hökmən qabaqlayıcı tədbirlər görülməlidir. Hesab edirəm ki, bu məsələ ilə məşğul olan Qərargah da bunu diqqətdə saxlayır. Yəqin ki, lazımi tədbirlər görüləcək”.
E.Məmmədov bildirib ki, tədbirlərin nələrdən ibarət olması Operativ Qərargahın verdiyi qərarlardan asılı olacaq:
"İndi mən bu sahədə mütəxəssis deyiləm, ancaq başımıza gələnlər bizə örnək olmalıdır. Yoluxmanın dərəcəsindən asılı olaraq, ola bilər ki, kütləvi tədbirlərə də gedilsin, yəni demirəm olsun, amma ola bilər ki, müəyyən tədbirlər tətbiq edilsin. Yaxud ola bilər ki, maska məsələsinin yenidən məcburi olması gündəmə gətirilsin. Vəziyyətdən asılı olaraq, yoluxmanın sayı kütləviləşsə, məktəblərimizdə ola bilər ki, yenidən distant təhsilə keçirilə bilər. Bunların da hamısı mütəxəssislərin, Qərargahın verdiyi qərarlardan asılı olacaq”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər