BolgeXeber.Com » Gündəm » Qaradağ icra hakimiyyəti hara baxır?-ŞİKAYƏT(VİDEO)

Qaradağ icra hakimiyyəti hara baxır?-ŞİKAYƏT(VİDEO)

27-08-2022, 13:09
Oxunub: 4 464 Bolge.tv-nin əməkdaşı “Ekologiyamızı necə qoruyaq” rubrikası çərçivəsində Qaradaq rayonunun Ələt qəsəbəsində xəstəlik mənbəyi olan qanunsuz zibil poliqonunu lentə alıb.
Bolge.tv-nin əməkdaşları düz magistral yolun yaxınlığında qanunsuz zibil poliqonu aşkar ediblər. Ərazidə yaşayan sakinlər əməkdaşlarımızla söhbət zamanı ərazidəki xəstəlik mənbəyi olan zibilxanadan ,onun yandırılması zamanı gələn kəskin üfunət qoxusundan, antisanitariyadan şikayət ediblər.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi  tərəfindən ekologiya və ətraf mühitin mühafizəsinə ciddi diqqət yetirilir, bu istiqamətdə məqsədyönlü tədbirlər görülür.
ETSN tərəfindən yaşıllıqlar salınır, ətraf mühit qorunması üçün tərbirlər görülür, tez-tez monİtorinqlər, reydlər keçirilir, zibil poliqonları  təmizlənir. Yəni onsuz da ETSN ekologiya və ətraf mühitin mühafizəsi ilə bağlı kifayət qədər böyük işlər görür.
Yəni bu cür problemləri təkcə ETSN-nin üstünə atmaq olmaz.
Düşünürük ki,bu cür problemləri digər müvafiq qurumlar- Qaradağ icra hakimiyyəti, yerli bələdiyyə, Qaradağ icra hakimiyyətinin Ələt qəsəbəsi üzrə nümayəndəsi, Mənzil-Kommunal Təssərrüfat İdarəsi,təmizliklə məşğul olan digər qurumlar da həll edə bilər və həll etməlidir.
Ətraflı videosügetdə: