BolgeXeber.Com » Gündəm » Bakıda son günlər rotavirus infeksiyası yayılıb

Bakıda son günlər rotavirus infeksiyası yayılıb

31-08-2022, 17:30
Oxunub: 2 880 Bakıda son günlərdə rotavirus infeksiyası yayılıb.
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov “Mədə xəstəlikləri” mövzusunda danışarkən deyib.
O bildirib ki, bu infeksiyanın əsas klinik əlamətləri güclü qarın ağrıları, qusma və ishaldır: “Həmin şəxslər antibiotik terapiyadan uzaq durmalıdırlar. Çoxlu maye qəbul etməli, süd məhsulları və kofeindən uzaq olmalıdırlar. Müşahidələr göstərir ki, bu xəstəliyə tutulanlar bir həftə müddətində sağalır”.