BolgeXeber.Com » Gündəm » Loqoped mərkəzində işgəncə görən uşağın anası: "Əvvəl kamera ilə izləyə bilirdik, sonradan dedilər ki..."
Loqoped mərkəzində işgəncə görən uşağın anası: "Əvvəl kamera ilə izləyə bilirdik, sonradan dedilər ki..."
3-09-2022, 15:11
Oxunub: 4 696
Uşaqlara işgəncə verən "Mehnur” Reabilitasiya Yaşam Mərkəzi bu gün fəaliyyətini dayandırıb.
Bolgexeber.com "Yeni Sabah”a istinadən xəbər verir ki, bu gün körpələr mərkəzə qəbul olunmayıb. Buna səbəb mərkəz əməkdaşlarının hüquq-mühafizə orqanları tərəfindən aparılan araşdırmaya cəlb olunmasıdır. Ehtimal olunur ki, işgəncə faktları yayılandan sonra mərkəzin fəaliyyəti ümumiyyətlə dayandırılacaq.
Hazırda uşaqları mərkəzdə müalicə üçün yerləşdirilən valideynlər "Mehnur” Reabilitasiya Yaşam Mərkəzinin qarşısına toplanıb.
Yayılan videoda döyülən 4 yaşlı Cavid Cəbrayılovun anası Qasımova Səbinə "Yeni Sabah”a açıqlamasında bildirib ki, övladının eşitmə əngəli var: "İki aydır uşağı müalicə üçün bu mərkəzə qoymuşduq. Əvvəl kamera ilə izləyə bilirdik, amma sonradan dedilər ki, kameralar xarab olub. Uşağın döyüldüyü yer dəhlizdir. Uşağın üzündə xəsarətlər də var”.
Maraqlıdır ki, mərkəzin əməkdaşları jurnalistlərin əraziyə toplanmasına qarşı aqressiv münasibət göstərib, onları uzaqlaşdırmağa cəhd göstəriblər
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər