BolgeXeber.Com » Gündəm » Abşeronda dəhşətli hadisə: Sahibsiz itlər uşaqlara hücum etdi - Yaralı var/FOTO

Abşeronda dəhşətli hadisə: Sahibsiz itlər uşaqlara hücum etdi - Yaralı var/FOTO

8-09-2022, 14:04
Oxunub: 3 248 Bakıda xüsusilə də qəsəbə və kəndlərdə sahibsiz itlərin sayı həddən artıq çoxalıb. Sahibsiz itlər tərəfindən əsasən uşaqlara hücum edilməsi, onların dişlənməsi halları sayı artmaqdadır. Azyaşlıların sahibsiz itlərin hücumuna məruz qalması halları ilə qəsəbə sakinləri hər gün üzləşirlər, sahibsiz itlər günün-günorta çağı qarşınıza çıxır, yollarda sərbəst gəzişir, gecələr itlərin boğuşmasından göz yummaq mümkün olmur. Hətta Abşeron rayonunda çox sayda uşaqlar itlərin hücumuna məruz qalıb yaralanır.
Paytaxt.org bildirir ki, bu barədə jurnalist Vasif Turan yaranmış problemlə bağlı çağrış edib: 

"Sahibsiz heyvanları rayon və qəsəbə küçələrinədək gətirən səbəblər var. Adətən onlar özlərinə natəmiz ərazilərdə, ictimai iaşə mərkəzlərinin, sallaqxanaların yaxınlığında, ərzaq məhsulları tullantılarının daha çox atıldığı zibilxanalarda məskən salır. Problemlərdən biri də zibil qutularının yaşayış binalarının yaxınlığında yerləşdirilməsidir. 

 Ən təhlükəlisi də hücum edən itin quduz olmasıdır. Ekspertlər qeyd edir ki, it dişləməsindən sonra insanda quduzluq qeydə alınarsa, ciddi müalicə olunmazsa, ölümlə nəticələnir.


Abşeron rayon Masazır qəsəbəsində son illərdə sahibsiz itlərin həddən artıq atrması vətəndaşlarımız üçün böyük təhlükəyə çevrilib, həmçinin küçələrdə cıddı antisanitar vəziyyət yaradır. Bununla əlaqədaq dövlət qurumlarının və xüsusilə kommunal xidmətlərin üzərinə böyük məsuliyyət düşür. Sahıbsiz heyvanlarının sayının ciddi şəkildə tənzimlənməsi tələb olunur. İnanın ki, bu sahibsiz itlər az yaşlı uşaqlara qənim kəsilib. Mənim övladımla yanaşı bir neçə uşaqlara da itlər hücum edim yaralayıb. Bir gün öncə qəsəbədə sürü ilə gəzən sahibsiz itlər oğluma hücum edib ağır yaralayıb. Həkimə aparıb müayinə etdirdim iynə vurdurdum. Mənim kimi onlarla valideynlər eyni problemdən əziyyət çəkir. Qəsəbə sakinləri və mən icra hakimiyyətinə, bələdiyyə sədrinə, qəsəbə nümayəndəsinə dəfələrlə müraciət etsək də baxan olmayıb. şikayətimiz kağız üzərində qalıb.Görünür aidiyyəti qurumların hərəkətə keçməsi üçün kimlərinsə itlərin hücumuna məruz qalıb parçalanmasını gözləyirlər..."

Qəsəbə sakinləri yaranan problemlə əlaqədar dövlət qurumlardan cavab gözləyir.