BolgeXeber.Com » Gündəm » Mətbuat Şurasına yeni sədr seçildi

Mətbuat Şurasına yeni sədr seçildi

17-09-2022, 15:56
Oxunub: 2 104 Rəşad Məcid Azərbaycan Mətbuat Şurasının yeni sədri seçilib.
Bu gün Jurnalistlərin VIII qurultayı çərçivəsində həyata keçirilən səsvermədə “525-ci qəzet”in baş redaktoru, şair, publisist Rəşad Məcid Mətbuat Şurasının sədri seçilib.
Qeyd edək ki, R.Məcid bu postda Şuraya 19 il rəhbərlik etmiş Əflatun Amaşovu əvəz edib.
Qurultayda həmçinin, MŞ-nin 23 nəfərdən ibarət İdarə Heyətinin yeni tərkibi də seçilib. Bunlardan 14-ü jurnalist, 9-u isə ictimaiyyət nümayəndələridir.