BolgeXeber.Com » Gündəm » Koronaya yoluxanların sayı açıqlandı

Koronaya yoluxanların sayı açıqlandı

11-11-2022, 17:00
Oxunub: 2 520 Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 44 yeni yoluxma faktı qeydə alınıb, 50 nəfər müalicə olunaraq sağalıb.
 
Verilən məlumata görə, analiz nəticələri müsbət çıxan 2 nəfər ölüb.
 
İndiyədək ölkədə ümumilikdə 823 636 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 813 504 nəfər müalicə olunaraq sağalıb, hazırda 181 aktiv xəstə var. Bu günə qədər 9 959 nəfər vəfat edib.
 
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 005, bu günə qədər isə ümumilikdə 7 341 262 test icra olunub.
 
  Bu gün 719 nəfər vaksinasiya olunub.
 
Gün ərzində birinci doza vaksinlərin sayı 196, ikinci doza vaksinlərin sayı 179 təşkil edib.
 
Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 285-dir. Pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı 59 olub.
 
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 914 719 olub.