Hesablama Palatası DSMF barəsində Baş Prokurorluğa müraciət etdi
7-12-2022, 16:45
Oxunub: 5 968
2021-ci il üçün Dövlət sosial müdafiə fondunun (DSMF) icra olunmuş gəlir və xərc göstəriciləri üzrə bəzi uyğunsuzluqlar aşkar olunub.
Hesablama Palatasından verilən məlumata görə, fondun xəzinədarlıq vasitəsilə icra edilmiş gəlirləri və xərcləri barədə məlumatların üzləşdirilməsi ilə bağlı hüquqi aktlarda qeyd edilmiş tələblər tam təmin olunmayıb. Bu isə sair daxilolmaların məbləğinin hesabatlarda 8,7% çox göstərilməsi ilə nəticələnib. 2021-ci il ərzində 40,8 mln. manat məbləğində sığorta haqqının Fond tərəfindən sığortaolunanların fərdi şəxsi hesablarında əks etdirilməyib.
Məlumatları təhrif edilmiş sənədlər əsasında 24 rayon (şəhər) üzrə 51 nəfərə 20 aprel 2013-cü il tarixədək pensiya təyin edilməklə 884 min manat məbləğində vəsait ödənilməsi halı və respublikanın digər rayon və şəhərlərində eyni hal üzrə cinayət tərkibinin əlamətlərinin olma ehtimalını diqqətə alaraq kənar dövlət maliyyə nəzarətinin nəticələri barədə müvafiq materialların Baş Prokurorluğa göndərilməsi qərara alınıb.
Çox Oxunanlar
- 4-02-2023, 15:50 : 29 illik general istefaya göndərilir?- ŞOK İDDİA
Xəbərlər / Ölkə
- 4-02-2023, 11:50 : Nəqliyyat vasitələrində süni qiymət artımı edənlərə XƏBƏRDARLIQ
Xəbərlər / Ölkə
- 4-02-2023, 18:27 : "Lənkəran- Astara regional" rəhbəri Elxan Nəcəfov mafioz direktoru "qoruyur"
Bölgə / Xəbərlər
- 6-02-2023, 19:19 : Azərbaycan qaz ixracatını sürətlə artırır
Analitika / Xəbərlər
- 4-02-2023, 14:08 : İrandan Fransa liderinə qarşı HÖRMƏTSİZLİK
Dünya / Xəbərlər
- 4-02-2023, 16:04 : Polis Akademiyasına qəbulla bağlı məlumatlandırıcı görüş keçirilib
Bölgə / Xəbərlər
- 6-02-2023, 11:34 : Kamalləddin Qafarov: " Macarıstan- Azərbaycan əməkdaşlığı bizim üçün böyük önəm daşıyır"
Analitika / Xəbərlər
- 4-02-2023, 17:04 : İsmayıllıda qanunsuz olaraq saxladıqları 20 tüfəng götürülüb
Bölgə / Xəbərlər
- 4-02-2023, 17:33 : Günün koronavirus statistikası açıqlandı
Xəbərlər / Ölkə
- 6-02-2023, 17:42 : Dağıntılar altında qalan tələbələrin fotosu yayıldı
Dünya / Xəbərlər