BİYABIRÇILIQ: Çaytikanı adı ilə elə birşey satılırmış ki...
28-03-2023, 15:56
Oxunub: 16 192
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Gəncədə aptekdə çaytikanı adı altında günəbaxan yağının satıldığını aşkarlayıb.
Bu barədə Bolgə.TV-yə AQTA-dan məlumat verilib.
Agentlik əməkdaşları Gəncə şəhəri, Atatürk pr., ev 237/7 ünvanında yerləşən “Şəfa-Farm” firmasına məxsus aptekdə keçirilmiş planlı yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğunu aşkarlayıb. Baxış zamanı “SEL” MMC tərəfindən istehsal olunan “UM” və “Şəfa” əmtəə nişanlı bitki mənşəli çaytikanı yağının qablaşdırılmasında həqiqətə uyğun olmayan məlumatların göstərildiyi, məhsulun saxlanma müddətinin normativ sənəddə 12 ay göstərilməsinə baxmayaraq etiket məlumatında 3 il qeyd olunduğu, eyni zamanda məhsulun istifadə təlimatları haqqında məlumatların qeyd olunduğu içlik vərəqələri ilə təmin edilmədiyi məlum olub.
Müayinələrin aparılması üçün məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələrin nəticələrinə əsasən satışı həyata keçirilən bitki mənşəli yağın çaytikanı deyil, günəbaxan yağı olması müəyyən edilib.
Faktla bağlı sahibkar barəsində inzibati qaydada tədbir görülüb, adıçəkilən bitki məhsulunun satışının dayandırılması ilə bağlı qərar qəbul edilib, uyğunsuzluqların aradan qaldırılmasına dair icrası məcburi göstərişlər verilib
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər