Şəhər polisinin rəis müavini müxalifəti qanla hədələdi
16-06-2011, 22:45
Oxunub: 6 493
Səhlab Bağırov: “İctimai Palatanın qanunsuz aksiyasının qarşısı “Gürcüstan variantı”ndan da sərt şəkildə alınacaq”
“Bizdə məlumat var ki, iyunun 19-da “Nərimanov” kinoteatrının qarşısında şəhər icra hakimiyyəti ilə razılaşdırılmamış mitinq keçirmək istəyən radikal müxalifət “Gürcüstan variantı”na hazırlaşır.
Lakin qoy onlar yaddan çıxarmasınlar ki, özünü İctimai Palata adlandıran qurumun qanunsuz aksiyasının qarşısı, lazım gələrsə, “Gürcüstan variantı”ndan da sərt şəkildə alınacaq”.
Bu sözləri İctimai Palatanın iyunun 19-na təyin etdiyi mitinqlə bağlı APA-ya açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki Səhlab Bağırov deyib.
Rəis müavini bildirib ki, Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış yerlərdə keçirilən mitinqlərdə təhlükəsizliyi təmin etmək polisin vəzifəsidir: “Eyni zamanda, aksiya iştirakçıları bunu da unutmasınlar ki, hər cür qanunsuz hərəkətlərin, ictimai təhlükəsizliyin və hüquq qaydasının kütləvi şəkildə pozulması hallarının qarşısının qətiyyətlə alınması da birbaşa polisin vəzifə borcudur”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər