Ramil Usubov sərt qərar verdi
20-06-2011, 23:00
Oxunub: 7 916

YPX-nin 13 əməkdaşı nazirin əmri ilə xaric olunub
Azərbaycanın Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının iclasında verilən tapşırıqlarla əlaqədar yanvarın 29-da Daxili İşlər Nazirliyində Tədbirlər Planı hazırlanaraq müvafiq göstərişlə icraya yönəldilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bolgexeber.com-a verilən məlumata görə, habelə 2011-ci il fevralın 7-də daxili işlər nazirinin yanında keçirilmiş əməliyyat müşavirəsində vəzifə səlahiyyətlərindən sui-istifadə və korrupsiyaya şərait yaradan halların tam aradan qaldırılması, bu sahəyə nəzarətin gücləndirilməsi haqda konkret tapşırıqlar verilib. Bu istiqamətdə bir sıra məqsədyönlü tədbirlər keçirilməsinə, müsbət nəticələrin əldə olunmasına baxmayaraq, təəssüf ki, mövcud nöqsanlar tam aradan qaldırılmamışdır və korrupsiya hüquqpozmalarına meylli polis əməkdaşlarına hələ də rast gəlinir.
Müşavirədə qeyd olunub ki, Tədbirlər Planının icrası ilə əlaqədar bu günlərdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törətmiş sürücülər barəsində şəxsi maraq müqabilində qanunla müəyyən edilmiş tədbirləri görmədiklərinə, vəzifə səlahiyyətlərini yerinə yetirmədiklərinə, daxili işlər orqanlarında xidmətlə bir araya sığmayan hərəkətlərə və korrupsiya hüquqpozmasına yol verdiklərinə görə nazirliyin Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 13 əməkdaşı daxili işlər nazirinin əmri ilə xidmətdən xaric olunub. Həçminin tabelindəki əməkdaşların fəaliyyətinə nəzarət və tələbkarlığı zəiflətdiklərinə görə 1 tağım komandiri tutduğu vəzifədən azad edilib, həmin Alayın 4 vəzifəli şəxsi barəsində isə ciddi intizam tədbirləri görülüb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər