Ünlü aktrisa susmur: Dünya liderləri bu cinayətə şərikdirlər
3-11-2023, 16:03
Oxunub: 4 136
Dünya şöhrətli aktrisa Ancelina Coli İsrailin Qəzzaya hücumlarına növbəti dəfə reaksiya verib.
Bölgə TV xəbər verir ki, Coli bu hücumları “qaçmağa yeri olmayan, tələyə düşmüş əhalini qəsdən bombalamaq” kimi qiymətləndirib. Birləşmiş Millətlər Təşkilatının keçmiş xoşməramlı səfiri Ancelina Coli İnstaqram hesabında hücuma məruz qalan Cibaliya Qaçqınlar Düşərgəsinin fotosunu paylaşaraq, “Qəzza iyirmi ilə yaxındır açıq hava həbsxanasıdır və sürətlə kütləvi məzara çevrilir. Ölənlərin 40 faizi günahsız uşaqlardır. Bütün ailələr qətlə yetirilir",- deyə bildirib.
O qeyd edib ki, dünya seyr edərkən, bir çox hökumətlərin fəal dəstəyi ilə milyonlarla fələstinli mülki vətəndaş – uşaqlar, qadınlar, ailələr kollektiv şəkildə cəzalandırılır və insanlıqdan məhrum edilir:
"Bunlar edilərkən beynəlxalq hüquq normalarına zidd olaraq qida, dərman və humanitar yardımdan məhrum edilirlər. Humanitar atəşkəs tələblərini rədd etməklə və BMT Təhlükəsizlik Şurasının hər iki tərəfə atəşkəs tətbiq etməsinə mane olmaqla dünya liderləri bu cinayətlərdə şərik olurlar".
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər