BolgeXeber.Com » Gündəm » Polisdən qaçan sürücü qəza törətdi - 8 nəfər öldü

Polisdən qaçan sürücü qəza törətdi - 8 nəfər öldü

9-11-2023, 17:11
Oxunub: 12 192

ABŞ-nin Texas ştatında 5 qeyri-qanuni mühaciri daşımaqda şübhəli bilinən avtomobil sürücüsünün polisdən qaçarkən törətdiyi qəzada 8 nəfər ölüb.

Bölgə TV xəbər verir ki, Texas ştatının İctimai Təhlükəsizlik Departamenti qəzanın yerli vaxtla saat 06:30 radələrində Cənubi Texas şossesində baş verdiyini bildirib. Səlahiyyətlilər qeyd edib ki, 5 qeyri-qanuni mühaciri daşımaqda şübhəli bilinən avtomobilin sürücüsü polisdən qaçmaq istəyərkən qarşı zolaqdan gələn avtomobilə çırpılıb.
Polis qüvvələrinin paylaşdığı fotoşəkillərdə iki avtomobildən birinin yandığı görünür. Qəza nəticəsində 8 nəfərin həyatını itirdiyi açıqlanıb.
Departamentin sözçüsü Kristofer Olivarez ölənlərin bəzilərinin Honduras vətəndaşları olduğu barədə məlumat paylaşıb.