Prezidentin qızı toya hazırlaşır
6-07-2011, 01:45
Oxunub: 7 367
Arzu Əliyevanın Aydın Qurbanovun oğlu ilə nişanlandığı deyilir
Prezident İlham Əliyevin qızı Arzu Əliyeva ailə həyatı qurmağa hazırlaşır. www.ucnoqta.az-ın yaydığı məlumata görə, dövlət başçısının qızı Rusiyada yaşayan tanınmış azərbaycanlı ailənin övladı ilə nişanlanıb. Artıq onların birgə fotoları da yayılmağa başlayıb.
Məlumatda deyilir ki, Arzu xanımın nişanlısı Səməd Qurbanovdur. Onun atası 2003-cü ildə dünyasını dəyişib və Rusiyada nüfuzlu azərbaycanlı iş adamı kimi tanınıb. Anası isə İrina Pomelovadır və hazırda mərhum həyat yoldaşının biznesini idarə edir. Səmədin Valentina adlı bacısı da var.
Səməd Qurbanovun qohumlarının bir hissəsi Bakıda yaşayır. Səmədin atası Aydın Qurbanov həm Rusiya, həm də Azərbaycanda xeyriyyəçilik fəaliyyəti ilə tanınıb. O, hələ uzun illər əvvəl Bakıdakı Rus kilsəsini də təmir-bərpa etdirib.
S.Qurbanovun eyni zamanda dövlət başçısının digər kürəkəni Emin Ağalarovla da möhkəm dostluq əlaqələrinin olduğu bildirilir. Bir neçə gün əvvəl Səməd bəylə Arzu xanım prezident İlham Əliyev iştirak etdiyi “Kempinski Hotel- Badamdar” kompleksinin açılışına da qatılıblar.
Məlumatlara görə, cütlüyün toy mərasiminin bu ilin payızında baş tutacağı gözlənilir. Qeyd edək ki, Azərbaycanın dövlət başçısının digər qızı Leyla Əliyeva da Rusiyanın tanınmış iş adamı Araz Ağalarovun gəlinidir. Allah xoşbəxt eləsin!
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər