Baş Dövlət Yol Polisi İdarəsi işçi axtarır
6-07-2011, 11:05
Oxunub: 6 889
Müsabiqə üçün sənədlər DİN Baş Dövlət Yol Polisi İdarəsinin inzibati iyul ayının 10-dan 30-dək qəbul olunur
DİN Baş Dövlət Yol Polis İdarəsi, Yol Patrul Xidməti Alayının, yol patrul xidməti inspektoru (sıravi və kiçik rəis heyəti) vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqə elan edib.
DYPİ-dən verilən məlumata görə, müsabiqədə yalnız orta ixtisas və ali hüquq, eləcə də avtomobil nəqliyyatına aid olan ixtisaslara və sürücülük vəsiqələrinə malik olan, Silahlı Qüvvələrdə həqiqi hərbi xidmət müddətini tam başa vurmuş, boyu 175 santimetrdən yuxarı, ingilis dilində sadə danışıq bacarığı olan, Sabirabad, Saatlı, İmişli, Şırvan, Şəki, Zaqatala, Balakən, Qax rayonlarında daimi qeydiyyatda olan, yaşı 20-dən aşağı, 30-dan yuxarı olmayan və «Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»də müəyyən olunmuş digər şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.
Daxili işlər orqanlarında yol patrul xidməti inspektoru (sıravi və kiçik rəis heyəti) vəzifələrində xidmətə qəbul olunmaq istəyən şəxslər bu elanda göstərilmiş ünvana aşağıdakı sənədləri təqdim etməlidirlər:
- şəxsiyyət vəsiqəsi
- orta ixtisas və ya ali təhsil haqqında diplom
- hərbi bilet
- əmək kitabçası (olanlar üçün)
- sürücülük vəsiqəsi
Təqdim olunmuş sənədlər əsasında vətəndaşın müsabiqədə iştirakı üçün zəruri sənədləşmə aparılır.
Namizədlər yol hərəkəti qaydaları üzrə və kompüter biliklərinin yoxlanılmasına cəlb olunurlar.
Namizədlərin sağlamlıq vəziyyəti və fiziki hazırlıq səviyyəsi daxili işlər orqanları əməkdaşları üçün müəyyən olunmuş normativlər üzrə müvafiq komissiyalar tərəfindən yoxlanılır.
Fiziki hazırlıq səviyyəsinin minimal normativləri:
- Qaçış:
100 (yüz) metrə - 15.00 saniyə,
1000 (min) metrə - 4.00 dəqiqə
- Turnikdə dartınma: -- 6 dəfə
Müsabiqə üçün sənədlər DİN Baş Dövlət Yol Polisi İdarəsinin inzibati iyul ayının 10-dan 30-dək qəbul olunur.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər