Bakida silahli basqın
9-07-2011, 14:40
Oxunub: 3 476
"Azercell"in ofisindən külli miqdarda pul apardılar
Bakıda “Azercell” şirkətinin əməkdaşlarına silahlı basqın olub. Bu barədə Nərimanov Rayon Polis İdarəsindən məlumat verilib. Hadisə rayonun Atatürk prospektində qeydə alınıb.
“Azercell”in əməkdaşları Namiq Hüseynov və Bayram Bayramov şirkətin Nərimanov rayonundakı ofisindən çıxaraq özlərinə məxsus “VAZ-2107” markalı avtomobillə Atatürk prospekti ilə hərəkət ediblər. Şirkətdən çıxarkən onların üzərində 34 min manat olub. Məlumata görə, onlar həmin pulu banka aparırmış.
Atatürk prospektindəki işıqforun qırmızı işığında avtomobili saxlayarkən naməlum avtomobildən düşən bir neçə şəxs N. Hüseynov və B. Bayramova tapança ilə basqın ediblər. Basqınçıların əlində odlu silahdan başqa qaz balonu və soyuq silah da olub. Naməlum şəxslər N. Hüseynov və B. Bayramova kəsici alətlə xəsarət yetirib, onların əlindəki pulu alaraq hadisə yerindən qaçıblar.
Baş vermiş hadisə ilə bağlı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılıb. Hazırda polis hadisəni törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 181.2.5-ci (quldurluq – silah və ya silah qismində olan əşyalardan istifadə etməklə törədildikdə) maddələri ilə cinayət işi başlanıb (APA)
Çox Oxunanlar
- 30-05-2022, 16:31 : DSX məlumat yaydı: Erməni əsgərlər içib bir-birini güllələyib
Gündəm
- 8-06-2022, 14:00 : Ali Məhkəmə Qoca Səmədovun cəzasını azaltdı
Gündəm
- 2-06-2022, 14:30 : “Quru sərhədləri açılmalıdır, ancaq bu şərtlə ki,...” - Deputat
Müsahibə-Reportaj
- 8-06-2022, 16:30 : Bakıda bu çimərliklərdən istifadə etmək olmaz - Siyahı
Gündəm
- 30-05-2022, 11:28 : “Böyük qayıdış” dediyimiz prosesə start verildi
Xəbərlər
- 10-06-2022, 17:26 : Milli qurtuluş günü sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür
Siyasət
- 7-06-2022, 18:51 : Kamran Əliyev rayon prokurorlarına göstərişlər verdi
Gündəm
- 7-06-2022, 18:40 : Tərtərdə vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılır
Bölgə
- 7-06-2022, 17:37 : Bakıda qanunsuz parkinq salan Xalq artisti: “Nə istəyirsiniz məndən?”
Gündəm
- 6-06-2022, 16:02 : Kamaləddin Qafarov: “Bu sərgi neft-qaz sənayesi üzrə vacib beynəlxalq platformadır”
Siyasət