“AST Telman”in hotelində 2,5 milyon avroluq toy
2-08-2011, 19:55
Oxunub: 7 333
İyul ayında 2 milyon avroluq bir hind toyuna səhnə olan Antalyadakı “Mardan Palace” hoteli daha bir möhtəşəm ziyafətə hazırlaşır.
Bolgexeber.com-unTürkiyə mediasına istinadən verdiyi məlumata görə, azərbaycanlı biznesmen Telman İsmayılova məxsus hoteldə hindistanlı milyarderlərin təşkil edəcəyi növbəti toyun qiyməti isə 2,5 milyon avrodur. Adları açıqlanmayan hind milyarderlərinin övladlarının toyunda 600 nəfərin iştirakı gözlənilir. Qonaqlar toydan 6 gün əvvəl 3 xüsusi təyyarə ilə Dehli və Qao şəhərlərindən Antalyaya gələcəklər, hoteldə yerləşdiriləcəklər.
Hoteldən verilən məlumata görə, bu ilin yanvarından bəri 8 toy mərasimi təşkil edilib və bu rəqəm ilin sonunadək 20-yə çatacaq. Həmçinin bildirilib ki, “Mardan Palace”də keçirilən ən ucuz toy mərasimində bir nəfərlik yerin qiyməti 250 avrodan başlayır.
Qeyd edək ki, T.İsmayılov Türkiyənin Antalya istirahət bölgəsində tikdirdiyi bu möhtəşəm kompleks üçün 1,5 milyard dollar xərcləyib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər