Bakıda kazino aşkarlanıb
4-08-2011, 22:35
Oxunub: 6 852
Obyektdən qumar oyunları üçün nəzərdə tutulmuş əşyalar götürülüb
Azərbaycan Vergilər Nazirliyinin qurumları Bakı şəhəri ərazisində qanunsuz olaraq kompyuter avadanlıqları quraşdırmaqla kazino, qumar və totalizator tipli proqnoz oyunların təşkili hallarını aşkarlayıb.
Vergilər Nazirliyi yanında Vergi cinayətlərinin ibtidai araşdırılması və Vergi auditi departamentlərinin avqustun 2-də birgə keçirdiyi operativ vergi nəzarəti tədbirləri zamanı Səbail rayonu, Xəqani küçəsi,18 ünvanda yerləşən «Star» kafesində Əhmədov Rizvan Fazil oğlunun vergi orqanlarında uçota durmadan qanunsuz kompyuter avadanlıqları quraşdırmaqla kazino, kart və domino ilə qumar oyunları təşkil etməsi aşkar olunub. Vergi əməkdaşları həmin obyektdən qumar oyunları üçün nəzərdə tutulmuş 14 kompyuter dəsti, 30 kart, 11 domino, kartla qumar oyunları oynamaq üçün dairəvi stollar götürülüb. Oyunlar kafenin gizlin arxa otaqlarında təşkil edilib. Otaqlarda internet vasitəsilə kazino oyunlarının keçirilməsi, digərlərində isə kart və digər qumar oyunları üçün xüsusi şərait yaradılıb. Fakt üzrə müvafiq akt tərtib edilib.
Elə həmin tarixdə Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi,11 nömrəli binanın qarşısında yerləşən obyektdə keçirilən operativ vergi nəzarəti tədbiri zamanı Hüseynov Naib Xanbala oğlunun vergi orqanlarında uçota durmasına baxmayaraq, qanunla qadağan edilmiş kazino oyunları, totalizator tipli futbol proqnoz oyunları ilə məşğul olduğu aşkar edilib. N.Hüseynova məxsus həmin obyektdən qumar oyunları üçün nəzərdə tutulmuş 10 ədəd kompyuter dəsti, 506 ədəd futbol proqnoz cədvəli, futbol proqnoz qəbzləri, nağd pullar, müvafiq qeydlərin aparıldığı dəftərlər götürülüb.
Hər iki obyektdə vergidən yayınma hallarının müəyyən edilməsi məqsədilə götürülmüş sənədlər və maddi sübutlar Vergilər Nazirliyi yanında Vergi auditi Departamentində aparılan yoxlamaya təqdim edilib. Faktlar üzrə araşdırmalar davam edir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər