Boş qalan yerlərə keçid balları elan olundu
5-08-2011, 16:20
Oxunub: 9 564
Ali məktəblərdə 2087 boş yer qalıb
Bu il Azərbaycanda 55 nəfər ali məktəblərə müsabiqədən kənar qəbul olunub. Bolgexeber-ın məlumatına görə, bu barədə keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bildirib.
Məleykə Abbaszadə orta ixtisas təhsil müəssislərinə tam orta təhsil bazasında (11 illik) tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçiminin avqustun 5-dən başlandığını deyib. Onun sözlərinə görə, avqustun 9-dək davam edəcək ixtisas seçimində abituriyent elektron ərizəsində orta ixtisas məktəbləri ilə yanaşı, ali təhsil müəssisələrinin boş qalan yerləri üzrə olan ixtisasların da kodlarını da göstərə bilər. Hər bir abituriyent kolleclər üzrə müxtəlif təhsil müəssisələrinin təhsili dövlət və ödənişli olan 12-dək ixtisas kodunu seçə bilər.
M.Abbaszadə ali məktəblərdə boş qalan yerlərə hər qrup üzrə keçid ballarını açıqlayıb: “I qrup üzrə ümumi balı 200-dən, II və III qrup üzrə ümumi balı 250-dən, IV qrup üzrə isə ümumi balı 350 və daha çox olan abituriyentlər iştirak edə bilərlər. Dövlət sifarişi əsasında ayrılan yerlərin ixtisas seçimində isə I ixtisas qrupu üzrə ümumi balı 300-dən, II qrup üzrə ümumi balı 400-dən, III ixtisas qrupu üzrə 350-dən az olmayan və hər bir imtahan fənni üzrə ayrılıqda toplanan nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilirlər”.
Ali məktəblərdə 2087 boş yer qalıb. Boş qalan plan yerlərinə qəbul bu gün başlayıb avqustun 9-na kimi davam edəcək.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər