Beyləqanda Yaponların eynək ticarəti
25-04-2014, 09:55
Oxunub: 6 347
Rayon rəhbərliyi vətəndaşlara çatmalı olan həmin vasitələri Bakı və qonşu rayonlardakı əczaxanalarda satdırır.
Yaponiyanın ölkəmizdəki səfirliyi Beyləqanda imkansız ailələrə yardım məqsədi ilə kampaniya keçirib. Daha doğrusu, bu kampaniyanın təşkilini yerli İcra Hakimiyyəti ilə birlikdə reallaşdırıb.
TİA.AZ-a verilən məlumata görə, yaponların bu kampaniyası imkanı olmayan vətəndaşların optik eynəklə təmin edilməsini ehtiva edib. Lakin Beyləqan rayon İcra Hakimiyyətinin məsələdən əvvəlcədən xəbəri olduğundan prosesi istədiyi şəkildə idarə edib.
Məlumatda deyilir ki, İcra Hakimiyyətinin göstərişinə əsasən yaponların payladığı optik eynəklər yalnız YAP üzvü olanlara verilməli imiş. Elə tapşırıq ən yüksək səviyyədə yerinə yetirilib. Belə ki, hətta ehtiyacı olmayan YAP üzvləri də kampaniyanın keçirildiyi yerə gətirilib və onlara eynəklər paylanılıb.
Bu addımın məqsədinin nədən ibarət olması isə bir gün sonra məlum olub.TİA.AZ-a verilən məlumata görə, Beyləqan İcra Hakimiyyətinin nümayəndəsi optik eynək almış şəxslərdən onları yığıb. Sonra isə qonşu rayonlar və Bakıdakı apteklərə satış üçün veriblər.
Satışdan əldə olunacaq qazancın konkret olaraq kimə çatacağı isə hələlik məlum deyil. Amma ehtimal olunur ki, optik eynəklərin satışından əldə olunan pullar Beyləqan İcra Hakimiyyəti başçısına çatacaq
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər