BolgeXeber.Com » Analitika » Əhməd Vəliyevin bacısı oğlu Ehtiram Əliyev vətəndaşdan 5000 dollar tələb edir

Əhməd Vəliyevin bacısı oğlu Ehtiram Əliyev vətəndaşdan 5000 dollar tələb edir

2-06-2014, 13:05
Oxunub: 5 644 BB-nin Sahil filialının müdiri məhkəmənin qərarını saya salmır

Bankların vətəndaşlarımızın başına açdığı oyunlar artıq demək olar ki, heç kimə sirr deyil. Şərtlərin ağırlığı, bank faizlərinin həddən çox yüksək olması sıravi insanlara böyük problemlər yaradır. Bu məsələ bir neçə dəfə Milli Məclidə deputatlar tərəfindən qaldırılsa da heç bir nəticə yoxdur. Hətta bir müddət əvvəl Milli Məclisin üzvü, tanınmış iqtisadçı alim Əli Məsimli parlamentdə birbaşa analoqu olmayan bank faizlərini “əsl soyğunçuluq” adlandırdı. Ölkəmizdə getdikcə özəl bankların qurbanlarının sayı günbəgün artmaqdadır. Hətta bəzi banklar heç bir sığınacaq yeri olmayan vətəndaşları məhkəmlərin yolu ilə evlərindən küçəyə atdırırlar.

Bank qurbanlarından biri də Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Yunusov küçəsi 6 a, mənzil 7 ünvanda yaşayan Şaxməmmədov Fazil Bəziryan oğludur.

Fazil Bəziryan oğludur.

Fazil Şaxməmmədov Qafqaz Xəbər Agentliyinə (qafqaznews.az) müraciət edərək başına gətirilən problemləri təfsilatı ilə danışdı: “Mən 2007-ci ilin oktyabr ayında ailəmlə yaşadığım evi girov qoyaraq Beynəlxalq Bankın ( BB ) Sahil filialından 1 il müddətinə 22.000 ( iyirmi iki min ) ABŞ dolları kredit götürdüm. Krediti götürəndə məni BB-nin Sahil filialının müdiri Ehtiram Əliyevin yanına onun tələbə yoldaşı, əslən Şəmkirdən olan Bakı Vergilər İdarəsinin əməkdaşı Habil adlı şəxs aparmışdır. Habil mənə bildirmişdi ki, kredit götürmək üçün “şapka” verməlisən. Və mən bankdan 22.000 krediti götürəndə Habil ona çatası 2.000 dollar pulu götürdü və mənə dedi ki, bu pul Ehtiram Əliyevə çatacaq.

Bir müddət müntəzəm olaraq krediti vaxtlı-vaxtında ödədim. Sonra müəyyən səbəbdən krediti ödəmək imkanım olmadı.

Ona görə də Ehtiram Əliyev tərəfindən kreditin müddəti 1 il uzadıldı. Bu uzadılma əməliyyatı mənə 1408 dollara başa gəldi. Belə ki, yerdə qalan məbləğin- 17.600 dolların 8 faizini, yəni 1408 dollarını nağd şəkildə o vaxt Ehtiram Əliyevin müavini işləyən şəxs məndən aldı. Mən ondan soruşanda ki, bu nədir? O cavab verdi ki, bilmirsən, bu “şapka”dır və mütləq verməlisən...

Mən məcbur olub pulu həmin şəxsə verdim.

Sonra yenə krediti ödəməkdə problem yarandığı üçün bank mənə qarşı iddia ilə Sabunçu rayon məhkəməsinə müraciət etdi.

Sabunçu rayon məhkəməsinin 03 fevral 2003-cü il tarixli qətnaməsi ilə bankın iddiası qismən təmin olundu. Və qətnamədə bankın xeyrinə məndən 17.709 ABŞ dolları tutulmaq tələb olunurdu. Mən də məhkəmənin qətnamədə tələb elədiyi 17.709 ABŞ dollarını ödəmişəm. Və ən əsası qarşı tərəf, yəni bank məhkəmənin qərarından appelyasiya şikayəti verməyib, yəni qətnamə ilə razılaşıb.

Mən məhkəmənin qərarına tam uyğun olaraq bankın pulunu ödəyəndən sonra evimin “kupça”sını tələb edəndə, Ehtiram Əliyev məndən 5000 ABŞ dolları pul tələb elədi. Mən dəfələrlə onun yanında olaraq bilirmişəm ki, məhkəmə dövlətin adından qərar verib və hər iki tərəf bu qərarı yerinə yetirməlidir. Mən qətnamədə üzərimə düşən borcu yerinə yetirmişəm, indi siz mənim “kupça”mı verin. Ancaq Ehtiram Əliyev dövlətin adından çıxarılan məhkəmə qərarını vecinə də almır.

Müvafiq dövlət qurumlarından xahiş edirəm, mənim hüquqlarımı qorusunlar, evimin “kupça”sı və mənim “şapka” kimi verdiyim 3408 ABŞ dolları mənə qaytarılsın”.

Qeyd edək ki, Beynəlxalq Bankın Sahil filialının müdiri Ehtiram Əliyev “Odlar Yurdu” universitetinin rektoru, Milli Məclisin üzvü Əhməd Vəliyevin bacısı oğludur.

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.