“Azercell” abunəçiləri niyə aldadır?
6-06-2014, 09:50
Oxunub: 4 445
Azərbaycanın mobil rabitə sahəsində kifayət qədər ciddi problemlərin mövcud olması heç kəsə sirr deyil
Abunəçilərin əsas narazılığı ilə şübhəsiz ki, bilavasitə konturların – dəqiqlərin oğulanmasına görədir. Dürlü-dürlü reklam kampaniyaları ilə abunəçiləri şirnikləndirən operatorlar faktki olaraq müştərilərin “cibinə girirlər”. Bu xüsusda “AzerCell”in özünəməxsus maxinasiyaları daha qabarıq şəkildə görünür. Təkcə sosial şəbəklərdə abunəçilərin yazdıqlarını toplasaq, görərik ki, “Azercell”in dəqiqə hesablama mexanizmlərindən insanlar necə əziyyət çəkirlər.
**
Göstərilən xidmətin səviyyəsinin günü-gündən aşağı düşməsi də abunəçilərin tez-tez qabartdığı məsələlərdəndir. Bütün bu probemlər barədə xəbər vermək funksiyası daşıyan mətbuat isə susur… Niyə? Kim verib “Azercell”ə toxunulmazlıq statusunu? Məmurları, millət vəkillərini sərt tənqid etməkdən çəkinməyən media qurumları “Azercell” adına xüsusi hörmət və ehtiramla yanaşırlar. Bəlkə qorxurlar? Bəlkə “Azercell” mobil monstrdır ki, bizim mediamız ondan bu qədər çəkinir və ehtiyyat edir? Yox, belə ü qorxulu heç nə yoxdur. Səbəb sadədir: Baş redaktorların Antaliya keyfi…
**
“Azercell” özünə qarşı hər hansı tənqidi materialın ölkə mediasında görünməməsi üçün belə bir vasitəyə əl atır: İldə bir dəfə baş redaktorları Türkiyənin gəzməli-görməli yerlərinə aparır. Müxbirlər isə bu diqqət və qayğıdan kənarda qalırlar. “Azercell”in baş bilənləri yaxşı hesablayıblar ki, müxbirlərə göstərilən qayğı nəticəsiz qala bilər. Onların “AzerCell” haqqında yazacaqları yazılar və xəbərlər baş redaktorların izni olmadan yayımlana bilməz. Odur ki, işi birincilərlə görürlər. Redaksiyaya isə ayda bir dəfə 100 manatlıq kontur göndərilir ki, müxbirlər arasında bölüşdürülsün. O da baxır baş redaktorun insafına, konturu da müxbirə çox görənlər var…
**
Beləcə “Azercell” baş redaktorların gəzintisi, müxtəlif reklam bannerləri və ayda 100 manatlıq kontur hesabına toxunulmaz vəziyyətə gəlib. Bu şirkər abunəçilərin başına hansı oyun açırsa açsın Azərbaycan mətbuatından səs çıxmayacaq…”AzerFax”
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər