BolgeXeber.Com » Analitika » 49 min manat aldadılan vətəndaş prezidentə müraciət edir-FOTO

49 min manat aldadılan vətəndaş prezidentə müraciət edir-FOTO

9-06-2014, 20:05
Oxunub: 4 656 "Mən kimə şikayət edirəmsə, deyirlər ki, Kənanın arxasında elə bir vəzifəli şəxs dayanır ki, bütün hüquq-mühafizə orqanları ondan qorxur"

Bolgexeber.com bildirir ki,Naxçıvan Respublikası, Şərur rayon, Düdəngə kənd sakini Vəliyev Vəli Xalid oğlunun Qafqaz Xəbər Agentliyinə (qafqaznews.az) müraciəti daxil olub. Vətəndaş ölkə başçısı İlham Əliyev cənablarından kömək istəyir:
“ Möhtərəm Prezident!

5 yanvar 2011-ci il tarixdə Yasamal rayonunda mənzil almaq üçün Kənan Vəli oğlu Quliyev məndən 49.000 manat pul almışdır. Mənimlə “KAMRAN 1-B.Ə” MMC arasında 5 yanvar 2011-ci il tarixdə “Yaşayış binasından mənzil tikintisi haqqında” müqavilə imzalanmışdır.

Lakin bu günədək nə mənzil ala bilmişəm, nə də pulumu geri ala bilirəm.

Mənim respublika rəhbərliyinə şikayətimdən sonra məni Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə dəvət elədilər. Orada Şərurlu İsfəndiyar adlı biri ilə üzləşdik. O, mənə dedi ki, narahat olma. Sonra məni Kənan Quliyevlə üzləşdirdilər. Kənan bildirdi ki, həqiqətən də mən bu şəxsdən 49 min manat pul almışam və qaytaracam.

Sonra Şəfa stadionunun yanında Penitensiar Xidmətin xəstəxanasında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşı məni yenidən Kənan Quliyevlə üzləşdirdi.

Ancaq bu günədək heç bir nəticə yoxdur. Ailəm xəstədir, müalicə elətdirməyə pulum yoxdur, qanunsuzluqdan bezib intihar eləmək istəyirəm.

Bu gün Kənan Quliyev altında 300 minlik dəyəri olan maşınla şəhərdə gəzir. Mən kimə şikayət edirəmsə, deyirlər ki, Kənanın arxasında elə bir vəzifəli şəxs dayanır ki, bütün hüquq-mühafizə orqanları ondan qorxur.

Kənanın həyat yoldaşı Sevinc Quliyeva isə Nərimanov rayon məhkəməsinin hakimidir. Kağız üstündə guya boşanıblar.

Cənab Prezident!

Bu ölkədə hamı Kənandan qorxur, yeganə ümidim Sizədir. Xahiş edirəm bizim çarəsiz ailəmizə kömək edin.”

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.