BolgeXeber.Com » Analitika » Məhkəmə sədri Müseyib Hüseynovun “sifariş”ini kim verib?-FOTO

Məhkəmə sədri Müseyib Hüseynovun “sifariş”ini kim verib?-FOTO

10-06-2014, 18:35
Oxunub: 10 975 Əli hər yerə çatan Gülarə Rəhimova kimdir?

Bolgexeber.com bildirir ki, bir müddət əvvəl Qafqaz Xəbər Agentliyinə (qafqaznews.az) daxil olan məlumat əsasında 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin sədri Müseyib Hüseynov ilə Cəmilə və Gülarə bacıları arasında baş verən qalmaqal barədə yazmışdıq. Qalmaqalın qısa tarixçəsi belədir.
Cəmilə adlı xanım ona məxsus evi Müseyib Hüseynova satıb. Bu alqı-satqıdan xəbər tutan Cəmilənin bacısı Gülarə Rəhimxan qızı Rəhimova tələsik xaricdən Azərbaycana qayıdaraq məhkəmə sədri ilə görüşüb. Və ona bildirib ki, evi geri qaytarmalısan. Məhkəmə sədri isə evi qanuni yolla aldığı üçün evi qaytarmaqdan imtina edib. Belə olan halda Gülarə Rəhimova məhkəmə sədrini bu məsələni mətbuata çıxaracağı, onu yüksək rütbəli dostlarının əli ilə vəzifəsindən uzaqlaşdıracağı ilə hədələməyə başlayıb.
Gülarə Rəhimovanın təhdid və hədələri o həddə çatıb ki, mübahisə zamanı məhkəmə sədrinin halı pisləşərək ürəyi gedib. Gülarə isə “səni ifşa edəcəm” deyərək çıxıb gedib…
Həmin vaxtdan Müseyib Hüseynovun qara günləri başlayıb.
Son vaxtlar Müseyib Hüseynov barədə mətbuatı “bəzəyən palaz-palaz” yazılar da həmin tarixçənin davamıdır.
Belə ki, ölkə mətbuatının yaydığı məlumata görə Ədliyyə Nazirliyinin nəzarət təftiş komissiyası və PA-nın hüquq mühafizə orqanlarına nəzarət şöbəsinin göstərişi ilə 1 saylı İnzibati-İqtisadi Məhkəməsində yoxlamalar başlayıb. Ancaq etibarlı mənbənin bildirdiyinə görə yoxlama 1 saylı İnzibati-İqtisadi Məhkəməsində bu ilin fevral ayında başa çatıb və yendən yoxlamalar başlayıb. Bu onu göstərir ki, yoxlamalar kiminsə sifarişi ilə keçirilir.
Bütün bunlar onu göstərir ki, Gülarə xanımın əli çox yerə çatır.
Hətta ötən dəfə biz məhkəmə sədri ilə Gülarə xanım arasındakı qalmaqalı işıqlandıranda redaksiyamıza elə tanınmış şəxslər zəng vuraraq “ məsələni xətm “ etməyi tələb etdi ki, biz məəttəl qaldıq. Gülarə xanım hara, tanınmış simalar hara?
Məlumat üçün bildirək ki, Gülarə Rəhimova Bakıda bir neçə yerdə ev tikintisi biznesi ilə məşğul olur. Vaxtilə Rusiyada “pul perevodu” şəbəkəsinə “kraliça”lıq edən Gülarə xanım, təxminən beş il bundan əvvəl Bakıda “brilliant və qızıl” şəbəkəsini ələ keçirmişdir.
Gülarə Rəhimovanın yaxın dostlarına dediyinə görə guya Müseyib Hüseynovla aralarında yaranan qalmaqal zamanı Gülarə xanım Prezidentin hərbi məsələlər üzrə müşaviri Vahid Əliyevə məhkəmə sədrindən şikayətlənərək onun cəzalanmağını xahiş etmişdir.
Ümumiyyətlə, Gülarə xanımın vəzifəli şəxslərə hədə-qorxu gəlməsi, sifariş verməsi ilk dəfə deyil.
Gülarə xanım 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsinin milli seçim turunun yarımfinal iştirakçısı olmuş müğənni Orxan Kərimlinin anasıdır.

Həmin vaxt oğlu ilə bağlı müəyyən məsələyə görə Gülarə xanım az qala Gənclər və idman naziri Azad Rəhimovun “kreslosunu aşırmışdı”.
Gülarə xanım tez-tez ABŞ-ın keçmiş prezidenti Bill Klinton və onun xanımı Hillari ilə dostluğundan, birgə nahar etmələrindən danışır.
Yəni bu təkəbbürlü xanımın iddiaları çox böyükdür. Hətta Gülarə xanım dostlarına deyir ki, 2015-ci ildə özünü parlament seçkilərində sınayacaq və müəyyən dairədən deputat seçiləcək.
Gülarə xanım həmişə böyüklərlə qonşuluq edir, oturub-durur. Hazırda Vergilər naziri Fazil Məmmədovun yaşadığı Sirkin yanındakı binada Gülarə xanım bütövlükdə 16 və 17-ci mərtəbələri alıb. Həm də son vaxtlar Gülarə xanım Binəqədinin icra başçısı Xaləddin İsgəndərovun oğlu ilə məclislərdə birgə olur.
Gülarə xanımla bağlı bir çox maraqlı məqamları növbəti yazımızda işıqlandıracağıq.
Pul “perevodu” və brilliant şəbəkəsinin başqa fiqurları ilə sizləri tanış edəcəyik. Gələn yazımızda Gülarə xanımın biznesini araşdırmaq üçün Dubaya “səyahət” edəcəyik.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.