"İctimai qınaq" bu olsa gərək...
30-10-2011, 11:55
Oxunub: 8 784
“ Qınaq”, “qınamaq” sözünün tarixi nə qədər qədimdir deyə bilməyəcəm.
Ancaq, əminəm ki, insan yaranan gündən bu məhfum mövcuddur, adı “qınaq” olmasa belə. Kimisi həyatını özünəməxsus düşüncə tərzi ilə yaşayır və başqa birisi isə tamamilə ona yad olan prinsiplər əsasında qurubsa, birinci şəxsin qeyri-ixtiyari qınaq obyektinə çevrilir. Bu ən azından bizim cəmiyyətimizdə belədir. Düşünmürəm ki, bu məsələdə mənimlə razılaşmayasınız.
Əslində bu mövzuya toxumağıma səbəb onu göstərə bilərəm ki, son zamanlar “Twitter” adlanan sosial şəbəkədə “qınayıram” adlı haştaqın yaradılması oldu. İnsanlar kimləri nəyə görə qınaqdıqlarını artıq şifahi deyil, yazılı olaraq bildirməyə başladılar. Oxuduqca təəccüblənir, arada gülür və bəzən isə əsəbləşirdim. “Biz hansı bir cəmiyyətdə yaşayırıq ki, insanlar bir-birlərini hansısa yeməyi yediyinə görə də qınayır” deyə düşünürdüm.
* 28 May nə günü olduğunu bilməyən azərbaycanlıları qınayıram
*əlini Qurana basıb yalandan and içənləri qınayıram.
*sırf qızlarla tanish olmaq uçün fotoqrafiya ilə maraqlananları qınayıram.
*gecə növbəsində işləmək əvəzinə yatanları qınayıram.
*mənə tez-tez sizdə bu var o varmı sualını verən türkləri qınayıram.
*Azərbaycanca düzgün yazmayanları qınayıram.
*bu gün ətrafında baş verən ən kiçik ədalətsizliyə belə göz yumanları qınayıram.
*avtobusu dayanacaqdan kənarda saxladan sərnişinləri qınayıram.
Bu “qınayıram” haştaqına qoşulanlardan bir neçəsinin qınaqları idi. Hər kəs yazırdı. Bir şeyə əminəm ki, yazanlar həqiqətən nəyi qınadıqlarını, buna nə qədər haqlarını oldub-olmadığını düşünmədən yazırdı. Necə də asan gəlir bizə oturduğumuz yerdən kimisə qınamaq. Elə bil hamı belə bir şərait yaranmasını gözləyirmiş kimi, ürəklərində nə var hamısını boşaltdılar.
“Qınamaq” səlahiyyətinin kimə verildiyi məni çox düşündürürdü. Axi kim bunun lisenziyasının alıb ki, bir dünyada yaşadığı, eyni havanı udduğu, bərabər hüquqları bölüşdüyü digər bir bəşəri yoldaşını nəyə görəsə ittiham edə və ya qınaya. Hər kəsin öz doğruları və prinsipləri var. Buna müdaxilə etməyimiz nə qədər etik ola bilər?! Rişxəndlə kiminsə yanlışa sapdığını iddia etmək, əslində özünü təsdiq etməyə çalışan insanlarda baş verən haldır- kimi qiymətləndirirəm. Əgər doğurdanda buna ehtiyacımız olmasa idi, qınadığımız insanın həqiqətən nəyisə yanlış etdiyinə inanmışıqsa bunu düzəltməyin başqa yolları da var. “Qınamaq” kimi ucuz tərbiyə yolu tutmağı insanı “etik çərçivə”dən kənarlaşdırır.
Bir-birimizin istəklərinə hörmət etməyimi bacarmırıq? Bəlkə də belədir... Yox... Yox mən əminəm ki, belədir. İnsan öz “eqo”suna yenildiyi anda kimisə qınamağa başlayır. Bəs belə nəticəyə gəlmək olarmı ki, əslində “qınayan” insan “qınanılan” insanı aciz vəziyyətinə düşürmək istərkən özü aciz görünür. Başqa çarəsi olmadığı üçün sadəcə qınayır!
Çinarə Rüstəmzadə
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər