BolgeXeber.Com » Analitika » Yaxın Şərq fəlakəti-TƏHLİL

Yaxın Şərq fəlakəti-TƏHLİL

16-06-2014, 12:15
Oxunub: 2 991 Bəşər Əsəd rejiminə qarşı vuruşan vəhabilərin idiolojisi Qərbdən, maliyyəsi Səudiyyə Ərəbistanından gəlir

Son bir neçə gündür bütün dünyanın diqqətini ӧzünə cəlb etməyi bacaran, “İraq və Şam İslam Dӧvləti” (İŞİD) adlı terror quruplaşması İraqın bir neçə şəhərlərini ələ keçirdikdən sonra paytaxt Bağdada yaxınlaşmaqdadır. Təşkilat ӧzünə Şiə təriqətindən olan və qeyri-müsəlmanları qətlə yetirməklə “şəriət qanunlarına uyğun dӧvlət” qurmağı hədəf seçib. Artıq son cümlənin ӧzü İŞİD-in nə qədər islam dininə və adət ənənəsinə “bağlı” olduğunu gӧstərən amildir.
İŞİD-in atdığı addımları təhlil etdikdə pərdənin digər tərəfində islama zəbə vurmaqda maraqlı olan qara əl və ya əlləri gӧrmək mümkündür. Əvvəla, 15.000 mindən artıq canlı qüvvəyə malik olduğu iddia edilən bir terror təşkilatının maliyyə qaynaqlarının hardan gəldiyinə nəzər salmaq laızımdır. Bu qədər bӧyük bir ordunun gündəlik xərclərinin qarşılanması üçün iri həcimli məbləğin lazım olduğunu nəzərə alsaq, o zaman həqiqətən də İŞİD-in arxasında ciddi bir qüvvənin varlığına şübhə yeri qalmır. Bunun üçün sӧzügdən quruplaşmanın düşmən gӧzündə gӧrdüyü dӧvlət və təşkilatlara nəzər yetirməklə müəyyən qaranlıq məqamlara aydınlıq gətirmək mümkündür.
Məlum olduğu kimi, bu terror təşkilatın nüvəsini əsasən radikal vəhabi təriqəti təşkil edir. Və bu qruplaşma Bəşər Əsəd rejiminin devrilməsi üçün Suriyada vətəndaş müharibəsinin aktiv iştirakçısı olub. Bu da həqiqətdir ki, Bəşər Əsəd rejiminə qarşı vuruşan vəhabilərin idiolojisi Qərbdən, maliyyəsi Səudiyyə Ərəbistanından gəlir.
Doğrudur B.Əsəd iqtidarına son verilməsində ən çox maraqlı olan tərəf kimi Türkiyə və onun lideri Rəcəb tayyib Ərdoğanın da adını çəkmək olar. Ancaq, rəsmi Ankaradan fərqli olaraq, əvvəllərdə qeyd etdiyim kimi B.Əsəd rejiminin süqutunun idiologiyasını hazırlayanların istəyi heç də Suriyada tezliklə sülhün bərqərar olunmasına xidmət etmir. Çünki, Suriyada vətəndaş müharibəsi nə qədər uzun sürərsə Qərb bundan daha çox yararlanacaq. Suriyada axıdılan qanların hesabına ən azı Türkiyə və İranın iqtisadi itkiləri reallığa çevrilir. Təkcə bu faktın ozü Qərb ӧlkələrinin maraqları ilə üst-üstə düşür ki, burada da regionun iki bӧyük dӧvlətləri inkişafda axsamış vəziyyətə salınır.
Xüsusən də son zamanlar Qərb dünyası həm Türkiyəni, həm də İranı ӧzü üçün ciddi təhlükə hesab etdiyindən çalışır sӧzügedən dӧvlətləri nəzarətdə saxlasın. Bu baxımdan Qərb, xüsusəndə ABŞ, İŞİD kimi quruplaşmaların əli ilə müəyyən oyunlar qurub maraqlarını təmin etməyə çalışır. ABŞ prezidentinin İraqa hərbi yardım etməyəcəklərini “Bu hadisədə çox ciddi bir məzhəb qarşıdurması riski var. Sünni-şiə müharibəsi yarana bilər. İraqdakı bu dəfəki savaşa ABŞ əsgərlərini qatmaq istəmirik. Əvvəldə sӧylədiyimiz kimi İraq xalqı üçün biz bir şey edə bilmərik. (Amerika zatən İraq xalqına etdiyini etdi-E.A) Bu problem İraq daxilində həll edilməlidir. İŞİD çox çətin problemdir” deməsi baş verənlərin bariz nümunəsidir.
Belə ki, İŞİD terror təşkilatı İraqda hadisələri ilk olaraq türk diplomatları, daha sonra isə 7 nəfərdən ibarət türkiyəli sürücüləri girov gӧtrməklə Ankaraya meydan oxudu. Eyni zamanda İŞİD şiələrin ӧlümünə fətva verməklə də İran İslam Respublikasını təhdid etdi. İŞİD-in hərəkətləri təbii olaraq həm Türkiyəni, həm də İranı qıcıqlandıracaq taktiki gediş idi. Burada məqsəd sӧzügedən dӧvlətləri, poliqona çevrilmiş İraq səhralarında İŞİD-lə müharibəyə cəlb etməkdi. Nəticədə İŞİD-in əli ilə qarşıqlıq yaratmaqla sonuc olaraq regionun hər iki güclü dӧvlətinin təməl prinsiplərini sarsıntıtmaq, daha sonra isə gələcək perespektivdə bӧlgəni tam olaraq nəzarətə gӧtürməkdir. Təbii ki, bunun da başında zəngin sərvət və mühüm strateji əhəmiyyət kəsb edən coğrafiya durur. Ona gӧrə də hadisələrin genişlənməməsi üçün həm Ankara, həm də Tehran birlikdə dərhal əsgəri hərəkətə keçməlidir. Əks təqdirdə bütün regionu bӧyük bir təhlükə gӧzləyir.
Elçin Abdullayev
Bolgexeber.com