BolgeXeber.Com » Analitika » Səfa Poladov və Arif Kazımovun işinə niyə baxılmır?

Səfa Poladov və Arif Kazımovun işinə niyə baxılmır?

3-07-2014, 16:30
Oxunub: 3 934 A.Kazımov, həm S.Poladov artıq 19-20 ildir azadlıqdan məhrum ediliblər

Məlum olduğu kimi Azərbaycan həbsxanalarında xeyli sayda siyasi məhbusun olması ya təkzib edilir, ya da iddia edilir.

Lakin qeyd edək ki, Avropa Şurası ilk olaraq, siyasi məhbus kimi tanıdıqlarını və hər an Azərbaycanda siyasi məhbusların olmasını da qeyd edirlər. Onların əlində olan 17 nəfərlik həmin siyahıdan 3 nəfərin hələ də azadlığa çıxmadığı da məlumdur. Bunlar keçmiş Qazax OMON-unun komandiri Elçin Əmiraslanov, sıravi polislər Arif Kazımov və Səfa Poladovdur. Həmin prosesdə E.Əmiraslanov ifadə verərək, A.Kazımov və S.Poladovun günahsız olduğunu bildirərərk, onların buraxılmasını hakimdən xahiş etməsinə və prosesdə həmçinin 1996-cı il Qazax hadisələri zamanı həlak olan şəxslərin yaxınları ifadə verərək, adları çəkilən şəxslərin haqsız yerə cəza çəkdiklərini bildirsələr də həmin şəxslər hələ də azadlığa buraxıəlmayıb. Həm A.Kazımov, həm S.Poladov artıq 19-20 ildir azadlıqdan məhrum ediliblər. Onlar bu illər ərzində nümunəvi məhkum olub, namaz qılıb, ibadətlə məşğul olublar. Hər iki şəxsin yaxınları ölkə rəhbərliyinə, dəfələrlə Əfv Komissiyasına, Milli Məclisin üzvlərinə və aidiyyəti qurumlara müraciət ünvanlayıblar. Bir neçə instansiyadan müraciətlərə baxılacağı ilə bağlı cavabların verilsə də, hələdə onların işlərinə baxılmayıb. Sözü gedən məhbusların yaxınlarının dediyinə görə, onların dəfələrlə müraciət etməsinə baxmayaraq, müraciətlərinə heç bir reaksiya verilməyib.
.
Xatırladaq ki, hüququ müdafiəçiləri, Novellah Cəfəroğlu, Səidə Qocamanlı, Leyla Yunus dəfələrlə Arif Kazımov və Səfa Poladovun həns müddətini nəzərə alaraq, aidiyyatı orqanlara müraciət edib, onların ömürlük azadlıqdan məhrum edilməsi ilə bağlı cəzanı 20 il həbs cəzası ilə əvəz olunmasını istəyiblər. Hətta İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov prezidentə ünvanladığı müraciətdə digər bir neçə məhbusla bərabər A.Kazımov və S.Poladovun da azadlığa buraxılmasını xahiş edib.

Qeyd edək ki, adları çəkilən şəxslərlə bağlı Avropa Şurasının tövsiyəsi ilə 2004-cü ildə təkrar məhkəmə prosesi keçirilmişdi, lakin heç bir nəticə əldə edilməmişdi. Bu gün Avropa Şurasının tövsiyəsindən 10 il keçməsinə baxmayaraq, həmin şəxslər hələ də, azadlığa buraxılmayıb və onların işlərinə baxılmayıb. Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinin sədrliyinə başlamasını nəzərə alaraq, ümüd edirik ki, Azərbaycan höküməti bu məsələni həll edəcək!