Xətainin icra başçısının milyonluq villaları və yeni hoteli - fotolar
31-07-2014, 13:30
Oxunub: 9 343
R.Məmmədov sözügedən hotelin tikintisi ilə bağlı yuxarı dairələrdə narazılıq yaradıb
Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədovun Novxanıdakı villaları və yeni tikdirdiyi hotellə bağlı məlumat vermişdik.
Mia.az-ın əldə etdiyi məlumata görə, Razim Məmmədov hazırda Novxanıda hotelin tikinti işlərinə başlayıb. Bu barədə bizi bilgiləndirən şəxsin sözlərinə görə, icra başçısı Novxanıdakı villalarından birinin yerində hotel tikdirir: “Razim Məmmədov villalarından birinə əlavə beton konstruksiyalar quraşdıraraq 5-6 mərtəbəli hotel tikdirir. Ərazinin genişləndirilməsi də lazım olduğunda icra başçısı yan-yörədəki bəzi evləri də alıb. Etiraz edənlərə isə təzyiq edərək istəyinə nail olub”.
Maraqlı məqamlardan biri də odur ki, R.Məmmədov sözügedən hotelin tikintisi ilə bağlı yuxarı dairələrdə narazılıq yaradıb. Ancaq icra başşısı “Necə olur ki, Novxanıda bir tərəfdə Zakir Fərəcov “Kalyon” , o biri tərəfdə Bəylər Əyyubovun qardaşı Rafiq Əyyubov “Amore” kimi nəhəng obyekt tikdirə bilir, mən yox”- deyib.




Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər