BolgeXeber.Com » Analitika » “Toylar kraliçası” məmurlari zibilə salir

“Toylar kraliçası” məmurlari zibilə salir

15-11-2011, 11:05
Oxunub: 5 737 Verilişdə qadın müğənninin icra başçısından SMS istəməsi aləmi qatıb

Ötən həftə ANS-də nümayiş edilən “Toylar kraliçası” verilişində yarışmada iştirak edən qadın müğənnilərdən birinin Tərtər Rayon İcra Hakimiyyəti başçısının adını çəkib ondan SMS istəməsi etiraz doğurub.

Verilişin aparıcısı Çingiz Əhmədov bildirib ki, tanımadığı bir müğənninin icra başçısının adını çəkməsi onun ailəsində narazılığa səbəb olub. Hətta icra başçısı məhkəməyə müraciət etmək niyyətində olub, lakin Ç.Əhmədovla danışıb belə məsələlərə son qoyulmaq vədini aldıqdan sonra fikrindən vaz keçib.
Qeyd edək ki, tək bu veriliş deyil, əksər SMS-li yarışma proqramlarında belə hallara rast gəlinir və haqlı olaraq ailələrdə narazılıq doğurur. “Toylar kraliçası”nın münsiflər heyətinin üzvü olan müğənni Əli Mirəliyev də SMS-li verilişdə iştirak edən ifaçıların adamların adını hallandırmasının əleyhinədir: “O qız sonra etiraf etdi ki, o adamı heç şəxsən tanımır, ona bacısı tövsiyə edib ki, məmurun adını çəksin. Bizim qadın müğənnilərin əksəriyyəti barədə də aşağı fikir formalaşdığı üçün belə məsələlər evlərdə ziyanlı söz-söhbətə səbəb olur. Ümumiyyətlə, mən SMS-li verilişlərdə Azərbaycanı bölgələrə ayırıb səs istəməyin də əleyhinəyəm. İstedadı olan çıxıb oxuyar. Mən də ”Toylar kralı"nın iştirakçısı olmuşam. Manaf Ağayevlə rəqib oldum. 12 ildi efirdən görünməyən, adı ölülər siyahısına düşən bir müğənni idim, kimi tanıyırdım, yalnız ifama güvənirdim. Ona görə də dedim ki, əsl sənətə qiymət verənlər, musiqi bilənlər, mənim ifamı qiymətləndirin. 12 min SMS topladım, Manaf kimi bir ifaçını da üstələdim. Yəni həddi aşmaq olmaz. Müraciətin də bir qaydası var. Bəlkə biri evində arvadı ilə yola getmir. Niyə kiminsə ailəsinə nifaq salmalıyıq? Yaxşı oxuyana camaat səs verəcək". Musavat.com