Artur Rasizadənin atasının məzarı axtarılır - FOTO
15-09-2014, 16:45
Oxunub: 4 503
Krımda Azərbaycanın baş naziri Artur Rasizadənin atasının məzarının axtarışları başlanılıb
Azərbaycan diasporasının sədri Rəhim Hümmətov vesti.az-a açıqlamasında belə deyib.
Onun sözlərinə görə, İkinci Dünya müharibəsində Krım cəbhəsində bölük komandiri kiçik leytenant Rasizadə Tahir Məmməd oğlu 1942-ci ilin fevral ayında gedən şiddətli döyüşlər zamanı itkin düşüb.
"Krım cəbhəsi komandanlığı 27 fevral 1942-ci ildə alman hərbi qüvvələrinə yerləşdiyi yüksəkliyə hücum hazırlayıb. Hücum planının zəifliyi ucbatından yüksəkliyə 3 dəfə hücum cəhdi uğursuz alınıb. Sovet ordusu bu döyüşlərdə 89 min əsgər itirib, onlardan çoxu əsir düşüb. Yerli sakinlər sonralar almanların əmri ilə həlak olmuş əsgərləri səngərlərdə, mədənlərdə dəfn ediblər. Cəbhədəki çətin vəziyyət bir çox hərbi qulluqçuların taleyi haqqında dəqiq məlumat əldə etməyə imkan verməyib. Bu səbəbdən də onlar itkin düşmüş elan ediliblər." - deyə Hümmətov bildirib.
Artur Rasizadənin atasının məzarı Krımdakı qardaşlıq məzarlıqlarında axtarılacaq. Bu məzarlıqların bəzilərində şəxsiyyəti müəyyən edilməmiş yüzlərlə, bəzilərində isə minlərlə sovet əsgəri və komandiri uyuyur.
"Təəssüflər olsun ki, bizim Tahir Rasizadənin axtarışları ilə səylərimiz müsbət nəticə verməyib. Lakin biz ümidimizi itirməmişik, Baş nazir Artur Rasizadənin atasının dəfn edildiyi yeri tapacağıq."
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər