İcra başçısını istintaqa çağırıblar?
18-09-2014, 11:25
Oxunub: 4 299
Zərdabın icra başçısı Lütfəli Babayev 65 min manat olayına görə prokurorluqda ifadə verməli olacaq
Bu yaxınlarda "Koroğlu" metrostansiyasının yaxınlığındakı körpüdə intihara cəhd edən Fəqan Nəsibov Mingəçevirin keçmiş icra başçısı Lütfəli Babayev tərəfindən aldadıldığını və bu üzdən intihar etmək istədiyini bildirmişdi.
Həmin olaydan sonra intihara cəhd edən Fəqan Nəsibov Baş Prokurorluğa çağrılıb və orada dindirilib. Ondan iddiasını isbat edəcək dəlillərin istənildiyi vurğulanır. Ortada 65 min manatlıq bir aldatmadan bəhs olunur. Amma hazırda Zərdabın icra başçısı işləyən Lütfəli Babayev iddiaları qəbul etmir. Təbii ki, qəbul etməsi də mümkün deyil. Amma…
Əldə etdiyimiz məlumata görə, Fəqan Nəsibov əlində olan bir sıra mühüm sənədləri, habelə 65 min manat məsələsinin üzərinə gün işığı salan problemlə bağlı dəlil və sübutları vəkili vasitəsi ilə Baş Prokurorluğa təqdim edib. Verilən bilgilərdə deyilir ki, prokurorluq ortada ciddi əsasların olduğunu görərək, cinayət işi qaldırmaq məcburiyyətində olduğunu yuxarıların diqqətinə çatdırıb. Çünki ortada icra başçısının taleyindən söhbət gedir. Və bunun üçün siyasi qərarın verilməsi lazımdır.
Mənbələrin iddiasına görə, Lütfəli Babayevin istintaqa cəlb olunmasına icazə verilib. Həbsi məsələsi isə sual altındadır. Hələlik bununla bağlı yekun qərar mövcud deyil. Məlumatlarda qeyd olunur ki, hər şey Fəqan Nəsibovun sonadək gedib-getməyəcəyinə bağlıdır. Belə ki, icra başçısı onun pulunu qaytardıqdan sonra razılaşma əldə edilərsə, şikayət də geri götürüləcək.
Yazıda adları çəkilən həxs və qurumların da mövqeyini dərc etməyə hazırıq. (jam.az)
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər