105 milyard dollarlıq neft gəlirimizin 68 milyardı xərclənib
20-09-2014, 11:00
Oxunub: 4 390
İndiyədək Dövlət Neft Fonduna 105 milyard dollardan çox vəsait daxil olub
Fondun icraçı direktoru Şahmar Mövsümovun jurnalistlərə verdiyi məlumata görə, bu vəsaitlərin böyük hissəsi xərclənib, hazırda fondda 37 milyard dollardan yuxarı vəsait var. İcraçı direktorun sözlərinə görə, fond vəsaitləri qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərində Azərbaycanın payının maliyyələşdirilməsinə, Bakı-Tbilisi-Qars dəmir yolunun maliyyələşdirilməsinə, Oğuz-Qəbələ su kəmərinin, Taxtakörpü su anbarının tikintisinə, Samur-Abşeron kanalının yenidən qurulmasına, tələbələrin xarici ölkələrin universitetlərində oxumasına yönəldilib.
Ş.Mövsümov bildirib ki, növbəti illərdə bütün layihələr üzrə Dövlət Neft Fonduna 200 milyard dollara yaxın vəsaitin daxil olması gözlənilir. O həmçinin qeyd edib ki, bu gün təməli qoyulan Cənub Qaz Dəhlizinin maliyyələşdirilməsi ARDNF-in vəsaiti hesabına həyata keçiriləcək: “Bu maliyyələşdirmə həm Azərbaycanın dövlət payının maliyyələşdirilməsi, həm də ARDNŞ-in nizamnamə kapitalının artırılması ilə həyata keçiriləcək. Biz əminik ki, bu vəsaitlər səmərəli istifadə olunacaq, Cənub Qaz Dəhlizi işə salınacaq və bu vəsaitlər əldə olunan gəlirlər hesabına Neft Fonduna qaytarılacaq”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər