Şagirdi kimlər öldürdü?
30-11-2011, 14:15
Oxunub: 7 905
Təhsil Nazirliyi ölümünün təhsilə heç bir aidiyyatı olmadığnı deyir
Baş həkim əvəzi Qənirə Kərimova isə rüşvət faktına görə, hələ də azadlıqdadır
Təhsil Nazirliyi Bakıdakı 7 saylı peşə məktəbinin şagirdi, 1995-ci il təvəllüdlü Salmanov Namiq Nadir oğlunun qəflətən ölümü ilə bağlı araşdırma aparır. Bunu təhsil nazirinin müavini Qulu Novruzov jurnalistlərə açıqlamasında deyib. Q. Novruzov deyib kİ, Təhsil Nazirliyi baş vermiş hadisəni pisləyir: “Bu hadisənin təhsilə aidiyyatı yoxdur. Amma bununla bağlı araşdırma aparılır. Aparılan araşdırmanın, ekspertizanın nəticələri açıqlanacaq”. Qeyd edək ki, noyabrın 28-də Lökbatan qəsəbəsi 7 saylı peşə məktəbinin şagirdi, 1995-ci il təvəllüdlü Salmanov Namiq Nadir oğluna poliklinikada vərəm çöplərini yoxlamaq üçün manto sınağı qoyulub. Məktəbə qayıtdıqdan sonra N. Salmanovun qəflətən halı pisləşib və vəfat edib.
4 saylı Uşaq Xəstəxanasının baş həkim əvəzi Qənirə Kərimova isə məktəblinin qoyulan mantudan ölməsini mümkünsüz sayır. Çünki bu zaman preparat cüzi miqdarda dərinin altına yeridilir ki, bu da sınaq xarakterli olur. Təhsil Nazirliyinin Texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov da həmin şagirdin peşə məktəbinə daxil olarkən sağlamlıq haqqında arayış təqdim etdiyini və məktəbdə də səhhəti ilə bağlı problem olmadığını bildirib. “Biz deyə bilmərik ki, bu, peyvənddən olub. Hələ ekspertizanın rəyi olmalıdır”, - deyə şöbə müdiri bildirib.
Dünən baş həkim baş əvəzi baş verənləri ört-basdır etmək üçün ANS telekanalının çəkiliş qrupuna rüşvət təklif edib. Bu fakt telekanalın efirindən açıq şəkildə yayımlandı. Maraqlıdır, rüşvətə görə, cinayət məsuliyyəti nəzərədə tutulursa, niyə bu həkim hələ də azadlıqdadır. Və yaxud, Oqtay Şirəliyev niyə heç bir qərar vermir və ictimaiyyət qarşısına çıxaraq məsələyə münasibət bildirmək istəmir.
Mövzunu diqqətdə saxlayırıq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər