BolgeXeber.Com » Analitika » Baki kanalizasiya xidməti idarəsində nələr baş verir?

Baki kanalizasiya xidməti idarəsində nələr baş verir?

7-07-2010, 14:10
Oxunub: 13 755
Bu gün Azərbaycanda hər şeydən pul çıxarılır. Düzdür, bunun üçün gərək hansısa nazirin qoltuq altına çevriləsən. Ən yaxşı halda isə monopoliya maşının vinti olasan. Və dövrü mətbuat həmişə pul adı çəkilən kimi nazirlərin üzərinə yürüş edir, onların az qala gündəlik gəlirlərini hesablayırlar. Amma diqqətdən kənarda qalan və ağılagəlməyən şeylərdən pul çıxaranlar da varmış ki, bunlardan biri də Bakı Kanalizasiya İdarəsidir. Soruşa bilərsiniz ki, onlar pulu nədən qazanır? Gəlin araşdıraq.

Bu gün Bakıda nə qədər əhali yaşayır?

Bununla bağlı müxtəlif fikirlər səslənir. Amma dəqiqi budur ki, Bakı ötən illərlə müqayisədə iki dəfə böyüyüb və əhalisi yəqin ki, 3 milyona çatmaq üzrədir. Və bu o deməkdir ki, milyona qədər yeni ailə məskunlaşıb. Tək bir fakt, təkcə Sulutəpə relyefində 120 minə qədər ailə məskunlaşıb. Bu isə o deməkdir ki, 120 min əhalinin 50-60 mini kanalizasiya sisteminə qoşulub.
Ən maraqlısı isə budur ki, yeni kanalizasiya xətləri çəkilməyib. Yəni ana xətlər olduğu kimi qalıb. Sadəcə olaraq yardımçı xətlər varkı bunlarda bəzən nəzərə belə alınmır. Nəticədə ana xətlər nəzərdə tutulduğundan 3 dəfə çox yüklənir. Bəs, bunların pulu necə yığılır? Bax, əsas məsələ budur.

Apardığımız araşdırmalar təsdiqləyir ki, Bakı şəhər Kanalizisiya Xidməti İdarəsində xidmətdən istifadə edənlərin dəqiq siyahısı çıxarılmayıb və bu büdcədən hər ay milyonlarla manat pulun mənimsənilməsi deməkdir.

Bakı «…»un içində qalacaq...

Mütəxəssislərdən birinin dediyini xatırlasaq bu elə belə də olacaq. Çünki Bakıda başlanmış tikinti nəticəsində yüzlərlə göydələnlər tikilib və onların bütün kanalizasiya xətləri artıq sıradan çıxmaq üzrə olan əsas kəmərlərə qoşulub. Bu o deməkdir ki, artıq köhnəlmiş xətlər dəfələrlə yüklənib və istənilən vaxt sistem bütövlükdə çökə bilər.

Mütəxəssislər hesab edir ki, bunun qarşısını almaq üçün kanalizasiya idarəsi konkret şərtlərlə çıxış etməli, bir ərazidə ikidən artıq hündürmərtəbəli bina tikilirsə mütləq alternativ kanalizasiya xəttinin çəkilişini tələb etməliydilər və bu xətlər yardımçı xətlər yox, ana xətlər rolunu oynamalıydı. Amma bu binalara baha başa oturur, ortadakı rüşvət faktını sıradan çıxarırdı. Buna görə həmin ana xətlər çəkilmir, sadəcə olaraq yardımçı xətlər ana xətlərə qoşulur. Nəticədə kimlərsə, milyonlar qazanır, kəmərlər isə hər an dağılmaq təhlükəsi ilə üz-üzə qalır.

Bakı Kanalizasiya Xidməti İdarəsi hər ay neçə milyon qazanır?

1994-cü ilə qədər tikilən yeni mənzilləri bir kənara qoyaraq son dövrlərə diqqət ayıraq. Apardığımız araşdırmalar nəticəsində məlum oldu ki, bu gün hündürmərtəbəli mənzillərdə yaşayanlar əsasən imkanlı şəxslərdir və onlar kommunal xərclərini mərkəzləşdirilmiş şəkildə ödəyirlər. Bu necə olur? Tutalım, bir binada 200 ailə yaşayır. Deməli, hər ailə şəhərin mərkəzindədirsə 200, nisbətən ortalardadırsa 150, kənardadırsa 50-100 manat olmaqla aylıq kommunal xərc ödəyirlər. Bu pullar isə aşağıdakı qaydada bölünür;

1. Kanalizasiya xətləri
2. Zibil daşıma
3. Mühafizə


Su, qaz və işıq xərcləridə özlüyündə hesablanır. Belə olan təqdirdə hər binadan hər ay Bakı Kanalizasiya Xidməti İdarəsi minimal hədlə 4 min manat pul götürür. Və Bakıda 500-dən çox hündürmərtəbəli bina istifadəyə verilib. Deməli, 4 mini 500-ə vursaq hər ay Bakı Kanalizasiya İdarəsi 2 milyon manat yalnız hündürmərtəbəli binalardan pul götürür. Bundan başqa bir milyona qədər ailənində 1994-cü ildən etibarən Bakı və şəhər ətrafında adi yeni tikilən mənzillərdə yerləşdiyini nəzərə alsaq və hər birinin ən azı 50 qəpik ödədiyini hesablasaq bu da öz növbəsində hər ay üçün 500 min manat edir.

Ən maraqlı fırıldaqlardan biri də budur ki, adətən kanalizasiya xərci olaraq pul adam başına hesablanır. Amma hündürmərtəbəli binalarda bu belə olmur və nəticədə ortada qalan pullar diqqt cəlb edilmədən hesablanır. Rəsmi şəkildə isə adambaşına hesablananda bəzən yüz minlərlə mənzildə ümumiyyətlə, heç kəsin yaşamadığı iddia edilir. Bəs, bu pullar hara verilir?