Bakıda tıxac var, amma o, "tıxac indeksi"ndə yoxdur
5-04-2015, 13:34
Oxunub: 5 097
Avtomobillər üçün GPS naviqasiya-səmtləmə vasitələri istehsal edən Hollandiyanın “Tom Tom” şirkətinin hazırladığı “Şəhərlərin nəqliyyat tıxacı” indeksində ən sıx tıxaclara görə ilk üç yeri İstanbul, Mexiko və Rio-de-Janeyro şəhərləri tutub
2014-cü ili əhatə edən bu reytinqdə Moskva 4-cü, Rusiyanın ikinci böyük şəhəri Sankt-Peterburq isə 7-ci yerdədir.
Rusiya paytaxtının rəhbərliyi nəticədən razıdır. Bundan əvvəlki illərdə Moskva tıxac reytinqinə birincilik edib.
5-6-cı yerləri Braziliyanın Resifi və Salvador şəhərləri tutub. Buxarest, Varşava, Los-Anceles də birinci onluğa daxil olublar.
“Tom Tom” indeksinin müqəddiməsində deyilir ki, reytinqə dünyanın 218 şəhəri daxil edilib. ABŞ, Rusiya, Çin kimi ölkələrin bu siyahıda bir neçə şəhəri olsa da Bakı da daxil olmaqla keçmiş sovet respublikalarından bu indeksə heç bir şəhər salınmayıb.
İndeksdə London 16, Nyu-York 45, Dubay 58-ci yerdədir.
“Castrol” şirkətinin tərtib etdiyi “Magnatec Stop-Start index” reytinqində də Bakı yoxdur.
Bu ilin fevral ayında açıqlanmış bu indeksdə ən sıx nəqliyyata və tıxaclara malik şəhər İndoneziyanın Cakartası olub. İstanbul bu reytinqdə ikinci yeri tutub.
Bu indeksdə sonrakı yerləri Mexiko, Surabaya (İndoneziya), Sankt-Peterburq və Moskva tuturlar.
Tıxacın antonimi sürətli küçələr deməkdir. “Anti-tıxac” siyahısında 1-ci yeri küçələri rəvan axına malik Tampere (Finlandiya) tutub.
İndeks tərtibatçıları yazırlar ki, sürətli və rəvan nəqliyyat axını küçələrin boş olması demək deyil. Sadəcə olaraq belə şəhərlərdə nəqliyyatın hərəkəti daha düzgün təşkil edilib.
Küçələri ilə ən rahat hərəkət edilən şəhərlər bunlardır: Rotterdam (Hollandiya), Bratislava (Slovakiya) və Əbu Dabi ("Azadlıq" radiosu).
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər