Fazil Mustafa:"Məmurlar zəlidən ibrət götürsünlər"
18-04-2015, 12:20
Oxunub: 4 576
"Bizdə xeyli səlahiyyətli adamlar tanıyıram ki, illərdir insanların qanını, canını, pulunu sorurlar, doydum demirlər"
BOLGEXEBER.COM-un məlumatına görə, bu sözləri millət vəkili Fazil Mustafa "facebook" statusunda yazıb.
Onun statusunu təqdim edirik:
"Zəlinin faydası haqqında eşitmişdim, ancaq nədənsə indiyədək istifadə etməyə risqli yanaşırdım. Ötən gün qorxu sindromunu aşmaq üçün həkim dostumun israrı ilə faydalanmağa başladım. Əməlli-başlı insan qanını duruldurmuş. Ən çox zövq aldığım isə zəlilərin müdrikliyi, gözü-könlü toxluğu idi.
Demək bu zəli deyilən bu sürünən qanla qıdalanır və doyandan sonra insandan əl çəkib yerə düşür. Bizdə xeyli səlahiyyətli adamlar tanıyıram ki, illərdir insanların qanını, canını, pulunu sorurlar, doydum demirlər. Yapışdıqları yerdən tutaraq yerə düşmək istəmirlər. Azərbaycanda Allahın zəlisindən də ibrət götürəsi xeyli məziyyətlər varmış...".
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər