BolgeXeber.Com » Analitika » “Yaxşı olardı yerli quş fabriklərinə də baş çəkib görsünlər ki, orada nələr baş verir...”
“Yaxşı olardı yerli quş fabriklərinə də baş çəkib görsünlər ki, orada nələr baş verir...”
8-05-2015, 10:21
Oxunub: 4 457
Türkiyədən quş ətinin idxalına qadağa qoyulması, toyuq və yumurtanın qiymətini bahalaşdıra bilərmi?
Türkiyə ərazisində toyuqlar arasında yüksək patogenli "quş qripi"nin yayılması ilə əlaqədar Azərbaycan Respublikasının baş dövlət baytarlıq müfəttişi Sialə Rüstəmova mayın 5-də sərəncam imzalayıb. Sərəncamda Türkiyə Respublikasının ərazisində toyuqlar arasında yüksək patogenli "quş qripi" (H5N1) xəstəliyinin müəyyən edildiyi bildirilir. Eləcə də Azərbaycan Respublikası ərazisinin başqa dövlətlərdən keçə biləcək yoluxucu və ekzotik xəstəliklərdən qorunması məqsədi ilə bu sərəncamın verildiyi diqqətə çatdırılır. Baş dövlət baytarlıq müfəttişi bu sərəncamla Türkiyə Respublikasının Balikəsir və ona yaxın olan Kutahya, Bursa, İzmir, Bandırma, Çanaqqala, Berqama, Akhisar və Manisa bölgələrindən diri quş, quş məhsullarının və eləcə də damazlıq yumurtaların idxalının müvəqqəti dayandırılmasına göstəriş verib.
Görəsən bu qadağa Azərbaycanda quş əti məhsullarının bahalaşmasına səbəb olmayacaq?
Respublika Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev Analitik.az-a bildirdi ki, Türkiyədən gətirilən quş əti məhsullarına qadağa qoyulması qiymətə təsir etməyəcək: “Yəqin ki, bu müvəqqəti xarakter daşıyır. Oradan gətirilən məhsullara qadağa qoyulması Azərbaycanda quş əti məhsullarının qiymətinin bahalaşmasına səbəb olmayacaq.”
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə bildirdi ki, bu qadağanın yerli malların qiymətinə təsiri ola bilər. Amma birlik sədri Türkiyədən Azərbaycana quş əti idxal edən “Banvit” şirkətinin mallarında heç bir problemin olmadığını da qeyd etdi: “Bu şirkətin məhsullarında heç bir problem yoxdur. Ümumiyyətlə, Azərbaycan ekspertizasının bir iş gördüyünü hələ görməmişəm. Azərbaycan ekspertizası dünya ekspertizasının arxasınca sürünür. Yaxşı olardı ki, Azərbaycan ekspertizası yerli quş fabriklərinə də baş çəkib görsünlər ki, nələr baş verir. Əhalidən, bizə gələn telefon zənglərindən məlum olur ki, satışda murdar olmuş quşlar var. Bu fabriklərdə monitorinq aparmaq fikrimiz var.”
E. Hüseynov hesab edir ki, Azərbaycanda fəaliyyət göstərən broylerlər ölkənin ağ ətə olan tələbatını ödəyə bilər:“Lakin bunların keyfiyyət məsələsi o qədər də ürəkaçan deyil. Keyfiyyət lazımi səviyyədə deyil. Biz “Qida təhlükəsizliyi nişanı”nı tətbiq etmək istəyirik. Lakin ilkin monitorinqlər göstərir ki, Azərbaycanda quşçuluq fabrikləri ona hazır deyil.”
İqtisadçı-ekspert Rəşad Həsənov isə Analitik.az-a bildirdi ki, Türkiyədən idxal olunan quş əti Azərbaycanda tələbatın az bir hissəsini ödəyir. Onun sözlərinə görə, quşçuluq sektoru ölkənin yeganə sektorlarındandır ki, 2008-2015-ci illər Ərzaq təhükəsizliyi ilə bağlı Dövlət proqramında nəzərdə tutulan planı artıqlamasıilə yerinə yetirib:“Belə ki, bu proqramda 2015-ci ildə 90 min ton quş ətinin ölkə daxilində istehsalı nəzərə tutulurdusa, artıq 2014-cü ildə 100 min tondan artıq quş əti istehsal edilib ki bu da ölkənin daxili tələbatının 100 faiz ödənməsi deməkdir. Lakin bununla belə bazarlarda Türkiyədən idxal onan məhsullara da rast gəlinirdi. Ümumiyyətlə, indi ciddi bir təhlükə görünməsə də, sonrakı dövrlərdə əhalinin alıcılıq səviyyəsi aşağı düşərsə və daxili tələbat daralarsa, bu zaman ölkədə heyvan əti və balığa olan tələbatın aşağı düşməsi quş ətinə tələbatı artıra bilər. Bu isə balansın pozulmasına və təklif azlığından qiymətlərin bahalaşmasına gətirib çıxarar.”
O, əsas problemin Türkiyədən idxal olunan damazlıq yumurtalarla bağlı olduğunu diqqətə çatdırdı: “Türkiyədən damazlıq yumurtaların idxalına qadağa qoyulması yerli istehsalçıları idxal ölkələrini dəyişməyə sövq edəcək. Bu zaman əgər idxal zamanı qiymət artımları baş verərəsə, bu da maya dəyərinin artmasına və son nəticədə ökə daxilində məhsulların bahalaşmasına gətibi çıxara bilər. Digər tərəfdən isə damazlıq yumurtanın ölkəyə idxalında problem yaranarsa, bu, yerli istehsalın həcminin azalamasına səbəb ola bilər ki, bu da sonda qiymət artımı ilə nəticələnəcək.”
BOLGEXEBER.COM
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər