"Bəzi məmurlar elə bilirlər Xəzəri bankdan kredit götürüblər"
20-05-2015, 14:52
Oxunub: 4 466
"Azərbaycan reallığında bir vacib faktor var ki, məmurların bizneslə məşğul olması yasaqlandığından, bir çox hallarda bu vəsaitlər onların tabeliyində olan işçilərin və ya qohumluq münasibətlərində olan insanların adına götürülür
Fazil Mustafa insanları Allah nemətindən məhrum edənlərdən yazdı
"Beynəlxalq Bankdan külli miqdarda kredit götürüb qaytarmayanları təqib edərək bütün vasitələrlə bu krediti qaytarmağa məcbur edirlər. Dövlətin vəsaiti geri qaytarılmalıdır və cəmiyyətdə bu məsələdə fərqli düşüncə olduğunu sanmıram".
Bunu deputat Fazil Mustafa deyib. O, qeyd edib ki, ancaq Azərbaycan reallığında bir vacib faktor var ki, məmurların bizneslə məşğul olması yasaqlandığından, bir çox hallarda bu vəsaitlər onların tabeliyində olan işçilərin və ya qohumluq münasibətlərində olan insanların adına götürülür.
"Bu, əlbəttə, həmin şəxsləri məsuliyyətdən azad etmir, ancaq əsas məqsəd məhz dövləti talamaq niyyəti ilə bu prosesi həyata keçirən iri maliyyə resurslarını qanunsuz olaraq əlində cəmləyən insanların bu dələduzluq əməllərini dayandırmaq olmalıdır, məcburiyyətdən, günlük çörək qazanmaq səbəbindən adını bu məsələlərə qoşmuş insanları kampaniyaçılıq içində əsas günah keçisinə çevirmək doğru olmazdı. Deyək ki, bir oliqarx, sürücüsünün adına nəyisə sənədləşdirir, indi bu yazıq sürücü, razılıq verməsə, işdən çıxarılacaq, ailəsi sıxıntıya düşəcək. Ona görə də işin real mahiyyəti əsas götürülərək bu vəsaiti əsas sahibindən tələb etmək daha ədalətli olardı".
F.Mustafa qeyd edib ki, digər tərəfdən bu sərt tədbirlər xalqın nemətlərinə qarşı təcavüz edən məmurlara qarşı da tətbiq olunmalıdır. Məsələn, Xəzər dənizinə gedən yolları bağlayan, dəniz sahilini hasarlayıb insanları Allahın verdiyi bu nemətdən məhrum edən şəxslərə də oxşar yanaşma olmalıdır.
"Allah dənizi də verib ki, adam kimi hamınız istifadə edin, çimin, balığından yeyin, havasından, qumundan sağlamlıq üçün yararlanın. Bəzi məmurlar isə elə bilirlər ki, Xəzəri bankdan kredit götürüblər, istədikləri kimi xərcləyə bilərlər. Sahildə nə isə faydalı abadlıq və quruculuq işləri görsəydilər, yenə dərd yarıydı. Boş torpaqları hasarlayıb, yolları bağlayıb, çimərliklərə az qala tikanlı məftillərdən sərhəd qoyub, vətəndaşları sıxıntıya salırlar. Hələ də anlamaq istəmirlər ki, insanları Allahın nemətindən məhrum etməyə görə məhşər ayağına çəkilməklə müqayisədə, məhkəmə qarşısında müttəhim kimi durmaq toya getmək deməkdir".
BOLGEXEBER.COM
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər