BolgeXeber.Com » Analitika » Kolleclərdə “şıdırğı” rüşvət yığımı

Kolleclərdə “şıdırğı” rüşvət yığımı

25-05-2015, 11:14
Oxunub: 4 279 Kolleclərdə “şıdırğı” rüşvət yığımıAzərbaycan Dövlət Pedoqoji Kolleci isə hər zaman Respublikamızda ən “bahalı” kollec kimi tanınıb

Bolgexeber.com-un elektron poçtuna tədris müəssisələrində baş verən qanunsuzluqlar barəsində şok məlumatlar daxil olmuşdur. Həmin yazını olduğu kimi təqdim edirik:
"Məlum olduğu kimi bu ildən Təhsil Nazirliyinin qərarına əsasən, bütün tədris müəssisələrində dərslərin və imtahanların mayın 31-dək yekunlaşdırılması ilə bağlı qərar verilib. Bu qərar tələbə və şagirdlər üçün müəyyən çətinliklər törətsə də, əksər müəllimlər və təhsil müəssisələrinin rəhbərləri üçün yaxşı qazanc şansı yaradıb. Ali və orta məktəblərlə müqayisədə orta ixtisas məktəblərində - kolleclərdə real vəziyyət xüsusilə acınacaqlıdır. Bu da ondan irəli gəlir ki, sanki kolleclər diqqət mərkəzindən, nəzarətdən bir qədər kənarda qalıb. Yaranmış vəziyyətdən faydalanmağa çalışan kollec rəhbərləri bu semestr imtahan qiymətlərini – rüşvətin həcmini daha da artırıblar. Əgər araşdırılma aparılsa, məlum olar ki, Bakı Yeyinti Sənaye Kollecində, Azərbaycan Maliyyə İqtisad Kollecində, Bakı Rabitə və Nəqliyyat Kollecində, Azərbaycan Dövlət Pedoqoji Kollecində vəziyyət xüsusilə biabırçı həddə çatıb. Bakı Yeyinti Sənaye Kollecinin direktoru Mikayıl Məhərrəmovun və Azərbaycan Maliyyə İqtisad Kollecinin direktoru Həmzə Ziyadovun uzun illərdən bəri hər semestr imtahanları zamanı geniş miqyaslı “bazar” açmaları artıq hər kəsə bəllidir. Bu hər iki şəxs kolleci neçə illərdir ki, talayır. Avadanlığa qədər oğurlayıblar, kollecə ayrılan dövlət vəsaitini mənimsəyiblər. Normal araşdırılma aparılsa, bu hər iki şəxs məsuliyyətə cəlb olunar.
Bakı Rabitə və Nəqliyyat Kollecinin direktoru Aydın Əliyev vəzifədən azad edilsə də, ona yaxın bir şəxsin sözü gedən posta təyin edilməsi pul yığma kampaniyasının “uğurla” davam etdirilməsinə zəmin yaradır.
Azərbaycan Dövlət Pedoqoji Kolleci isə hər zaman Respublikamızda ən “bahalı” kollec kimi tanınıb. Bu kollec sanki xüsusi statusa malik olub və həmişə digərləri ilə müqayisədə bir pillə yuxarıda göstərilib. 10 ildən artıq adı çəkilən kollecə rəhbərlik edən Nurlana Əliyevaya gözün üstündə qaşın var, deyən olmayıb, o həmişə toxunulmazlıq statusu qazanıb. Bu səbəbdən kollecdə öz “qanun”larını tətbiq edir. Kollecin bütün müəllimləri və tələbələri həmin “qanun”lara əməl etmək məcburiyyətindədir. Əks təqdirdə..."
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Bolgexeber.com