"Əxlaq polisi"nə ehtiyac varmı?
13-06-2015, 12:30
Oxunub: 4 353
Əkrəm Həsənov: “"Əxlaq polisi"nin olması zəruridir”
Elşad Miri: “Bu gün ölkəmizdə "əxlaq polisi"nə ehtiyac yoxdur”
Azərbaycanda "əxlaq polisi"nə ehtiyac varmı? Zaman-zaman bu sual olaraq ortaya çıxmış, ancaq hələ də fikirlər birmənalı deyil. Mövzu ilə bağlı movqe.az-a fikir bildirən İlahiyyatçı alim Əkrəm Həsənov bu cür nəzarətin olmasının qismən tərəfdarıdır: "Əxlaqın mövcudluğu insanın Allaha inanmasından asılıdır. Allaha qəlbən iman edib təslim olmayan üçün, daxilində əxlaq anlayışı olmayan üçün "əxlaq polisi"nin əhəmiyyəti yoxdur. İnsanın çevrəsinin ona, əxlaqına, fikirlərinə böyük təsiri vardır. Əxlaq polisi ilə heç vaxt insanı əxlaqlı etmək mümkün görünmür. Ancaq nisbətən tərbiyələnmə baxımından müsbət təsirləri ola bilər. Çünki, əgər polislər olmasa biz əmin-amanlıqda yaşaya bilmərik. Bu nöqteyi nəzərdən "əxlaq polisi"nin də olması zəruridir. Onlar küçələrdə geyimə, mədəniyyətə fikir versələr, cəmiyyətin yüksək əxlaqda formalaşmasına yardım edilmiş olar. Ancaq küçələrə "əxlaq polisi" yerləşdirib, efirlərdə səhərdən axşama qədər yüngül görüntüləri yaysaq, onda küçədə "əxlaq polisi"nin olması gülünc olar. Yəni, əvvəlcə bütün insanlar, təbəqələr, media vasitələri əxlaqla bağlı sərhədləri müəyyən etməlidirlər. Verilən teleseriallarda, xəbərlərdə, saytlarda bütün günü əxlaq çərçivələrinin aşdığını görürük. Bundan sonra isə küçələrdə "əxlaq polisi" qoyuruqsa, məntiqsizlikdir. Bunun üçün ailənin, cəmiyyətin, fərdin xüsusi maarifləndiirlməsi şərtdir. Bunun üçün də cəmiyyətdə təbliğat aparılmalı, efirlərdə qeyri-ciddi şou verlişlərin qarşısı alınmalıdır. Hər insanın öz daxilində olan "əxlaq polisi" də onu pisliklərdən çəkindirib, yaxşılıqlara yönləndirə bilər.
Digər ilahiyyatçı alim Elşad Miri isə fərqli düşünür: "Əxlaq insanın özündə olmalıdır: "Onları məcbur etmək düzgün olmazdı. Əxlaqın formalaşmasında ailə, ətraf mühit və təhsil fakorları var. Odur ki, bu gün ölkəmizdə "əxlaq polisi"nə ehtiyac yoxdur. Sadəcə, daha çox əxlaqi dəyərlər aşılanmalıdır. Bu, öz nəticəsini göstərəcək. Ancaq məcburi etməklə düzgün deyil. Məsələn, İranda hicab məcburidir. Ancaq həmin insanların əksəriyyəti ölkədən çıxanda İrandakı görkəmlərindən əsər-əlamət qalmır. Səhv varsa, onun düzgün izahı lazımdır. Geyimdə əsas meyar öz bədən fiqurasını büruzə verməyəcək şəkildə olmalıdır”.
BOLGEXEBER.COM
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər