BolgeXeber.Com » Analitika » Yerli turistlərin xarici ölkələri seçməsinin səbəbləri

Yerli turistlərin xarici ölkələri seçməsinin səbəbləri

9-07-2015, 10:24
Oxunub: 3 481 Qonşu Gürcüstanda da otel qiymətlərini sadalayan şirkət nümayəndəsi ölkəsində 10 manata şəxsi evdə qalmaq imkanı ilə yanaşı 150-200 manata 5 ulduzlu oteldə qalmaq seçiminin də olduğunu bildirir

Ramazan ayının başa çatması ilə, yaxın bir həftədə turizm mövsümü daha da qızışacaq. Amma kimin xeyrinə? Bu ildəmi istirahət etmək istəyənlər ən azı yaxın xarici ölkələri seçəcək. Məlum olub ki, bəzi məqamlar daxili turizmin xeyrinə dəyişib. Amma gediş-gəliş xərclərinin artsa da, daxildə də qiymətlər yenə də bahadı.


Bolgexeber.com ANS TV-yə istinadən xəbər verir ki, hər ilin bu vaxtı ölkədə yay istirahətini sərfəli keçirmək istəyən minlərlə potensial turistimiz ölkədən kənara üz tutur. Səbəb kimi isə ənənəvi olaraq yerli turizm obyektlərində qiymətlərin baha müqabilində isə xidmətin olduqca aşağı olması göstərilir.

Təbii ki, bu qədər vətəndaşın ölkədən çıxmağı həm də külli miqdarda maliyyə axını anlamına gəlir. Şəhər sakinləri və ölkədə olan turistlər arasında keçirdiyimiz sorğuda buna bir daha əmin olduq.

“Azərbaycanda turuzim obyektlərində qiymətlər çox bahadır. Ötən həftənin şənbə günü Qusarda idim. Bir gecəsinə 250 mant pul ödədim. Bura sadəcə olaraq səhər yeməyi daxil idi. Ayın 11-də ailəmlə birlikdə Bodruma istirahətə gedəcəm. İstirahət etmək istəyən insanları oranı məsləhət görürüəm”, - deyə şəhər sakini Zeynal Əliyev bildirib.

“Ötən il qızımla birlikdə Alaniyada istirahət etdik. 5 ulduz oteldə 5 gün ərzində hər bir şey daxil 399 manata dincəldik. Amma bizdə, Azərbaycanda isə otellər çox bahadır. Azərbaycanda fəaliyyət göstərən bütün otellərdə bircə dəfə yemək verirlər”, – deyə şəhər sakini İradə Rzayeva qeyd edib.

“Mən çox ölkələrdə olmuşam. Amma şimal ölkələrilə müqayisə etsək, konkret Oslo şəhərilə Bakını müqayisə etsəm Bakı ucuzluqdu. Amma elə şəhərlər var ki, Bakı ordan daha bahadı. Ona görə də məncə burda ortadı”, – deyə Rumınyalı turist Aleks Krista vurğulayıb.

Bakıda yerləşən nüfuzlu turizm şirkətlərindən birinin meneceri Gülnar Eyvazova deyir ki, ötən illərdən fərqli olaraq bu ilə Azərbaycanda dincəlmək istəyənlərin sayı artıb:

“Xidmətlər də, qiymətlər də eynidir. 2012-ci ldə etibarən, yəni üç ildir ki, turizim obyektlərinin heç birində qiymət artımı olmayıb. Manatı devalvasiyasına baxmayar qiymətlərdə artım qeydə alınmayıb. Burda bir faktı nəzəra alsaq ki, aviabilətlərin qiyməti artıb. Ötən il İstanbula gediş-gəliş qiyməti 320 manata idisə, bu il bayram ərəfəsində bu 440-460 mantdır. Bu isə çox böyük bir fərqdir”.

Səslənən fikirlərin müxtəlifliyini nəzərə alaraq biz Türkiyə və Gürcüstanın turizm imkanlarını və ən əsası qiymətləri araşdırmaq qərarına gəldik. Məlum oldu ki, turistlərin Türkiyəyə üstünlük verməsinin səbəbi qiymət və xidmətlərin keyfiyyəti arasında mütənasiblikdir.

“Düşünürəm ki, Türkiyədəki otellər, Avropadakı otellərlə müqayisədə daha yüksək səviyyədədir. Türkiyədəki otellər Avropaya nisbətdə daha uçuzdur. Məhz ən böyük səbəbi də budur. Eyni istirahəti bir neçə dəfə bahasına Avropada həyat keçirə bilərsiz”, – deyə Türkiyədəki turizm şirkətinin meneceri Sərdar Mumçomaq vurğulayıb.

Elə qonşu Gürcüstanda da otel qiymətlərini sadalayan şirkət nümayəndəsi ölkəsində 10 manata şəxsi evdə qalmaq imkanı ilə yanaşı 150-200 manata 5 ulduzlu oteldə qalmaq seçiminin də olduğunu bildirir.

“Təbii ki, Batumi kimi müasir və çox da cəlbedici şəhərlərdə qiymətlər yüksəkdir. Amma digər istirahət mərkəzlərinə, məsələn, Qiqoleti ərazisinə baxdıqda nisbətən ucuz xidmətlər ala bilərsiniz. Kabuletidə isə dünyaca məşhur brend olan 5 ulduzlu otellər şəbəkəsində qiymətlər 220 dollar arasında dəyişir. Müvafiq olaraq 4 ulduz və 3 ulduz mehmanxanalarda 110-120 və 70-90 dollar arasında dəyişir”, – deyə Gürcüstan turizm agentliyinin direktoru Mikava Rezo bəyan edib.

Azərbaycanda Türkiyə və Gürcüstanla müqayisədə ucuz qiymətə istirahət etmək imkanı azdır. Bizdə hotellər və yay müddətinə kirayə verilən qonaq evləri sistemi lazımı dərəcədə inkişaf etməyib.

Başqa sözlə Azərbaycanda nisbətən bahalı turizm, 4 və 5 ulduzlu otellər sistemi inkişaf edib. İndi qalır orta səviyyəli turizm obyektlərini inkişaf etdirib, onlarda göstərilən xidmətin keyfiyyətini artırmaq.