BolgeXeber.Com » Analitika » Naftalanda SOCAR-ın vitse-prezidenti ilə deputatın biznes monapoliyası

Naftalanda SOCAR-ın vitse-prezidenti ilə deputatın biznes monapoliyası

10-07-2015, 17:46
Oxunub: 6 604 Naftalanda SOCAR-ın vitse-prezidenti ilə deputatın biznes monapoliyası"Bu şəxslər Naftalanın turizm sektorunu öz nəzarətlərində saxlayır və süni qiymət artımının baş verməsinə səbəb olurlar"

Prezidentin tapşırığı ilə regionlarda turizmin inkişafı infrastrukturunun genişləndirilməsi prosesi sürətlə gedir. Ölkə başçısının il ərzində regionlarda bir neçə mehmanxana və digər turizmə xidmət edən obyektlərin açılışında iştirakı onun bu sahəyə yüksək diqqətinin göstəricisidir. Azərbaycanda turizm sektorunun inkişafı məqsədilə son illərdə dövlət büdcəsindən külli miqdarda vəsait ayrılıb.

Görülən səmərəli işlərin nəticəsində ölkəyə turist axını çoxalıb və bu sektorda canlanma müşahidə edilməyə başlayıb. Turizm və rekreasiya zonalarının yaradılması məsələsi isə 2008-ci ildə ölkə başçısı tərəfindən təsdiq olunmuş "Azərbaycanda turizm və rekreasiya zonaları haqqında nümunəvi Əsasnamə"də əksini tapıb. Bu sənəddə turizm-rekreasiya zonasının yaradılması, turizm-istirahət və rekreasiya üçün münbit şəraitin təşkil edilməsi məsələləri əks olunub.

Qeyd edək ki, həyata keçirilən müxtəlif tədbirlərə baxmayaraq, bəzi rayon və şəhərlərimizdə turizmin inkişafı hələ də istənilən səviyyəyə çatmayıb. Azərbaycanın kurort şəhərlərindən sayılan Naftalanda da bu baxımdan vəziyyət ürəkaçan deyil. Şəhərdə bir neçə otel, sağlamlıq və istirahət mərkəzi fəaliyyət göstərsə də, əhalinin yetərli hissəsi burda göstərilən xidmətlərdən narazıdır. Əsas səbəb kimi qiymətlərin baha olması göstərilir. Etibarlı mənbələr tərəfindən redaksiyamıza ötürülən informasiyada deyilir ki, şəhərin turizm sektorunun böhran vəziyyətində olması icra başçısı Natiq Aslanovun fəaliyyətindəki qüsurlarla əlaqədardır. Mətləbə keçməmişdən öncə vurğulayaq ki, Natiq Aslanov 1976-cı il avqust ayının 22-də Naftalan şəhərində anadan olub. 1998-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının mühəndis iqtisadiyyatı və idarəetmə fakültəsini bitirib. 2000-ci ildən 2004-cü ilə kimi "Kəpəz" firmasında alqı-satqı üzrə menecer, 2004-2010-cu il tarixlərində "Tam İnşaat" MMC-nin direktoru vəzifəsində çalışıb. 2010-cu ildə Naftalan şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib. Redaksiyamıza daxil olan məlumatlara görə, son beş il ərzində Naftalanda fəaliyyət göstərən kurort mərkəzlərində kəskin qiymət artımı müşahidə edilib. Ki, bu da şəhərin turizm sektoruna mənfi təsirini göstərib: "Şəhərin ən tanınmış istirahət mərkəzləri "Chinar hotel & SPA Naftalan", "Naftalan hotel by Rixos", "Naftalan Müalicə və Sağlamlıq Mərkəzi", "Möcüzəli Naftalan Sağlamlıq Mərkəzi", "Sehirli Naftalan"dır. Bu istirahət mərkəzlərində bir gün üçün 35 manatdan aşağı yer tapmaq mümkün deyil. Naftalanın ən bahalı istirahət mərkəzi "Chinar hotel & SPA Naftalan" və "Naftalan hotel by Rixos"dur. Burda bir otağın bir nəfər üçün gündəlik qiyməti 80-90 manatdan başlayır. Naftalanda yerləşən turizm və müalicə mərkəzlərində tətbiq edilən qiymətlər ölkə vətəndaşlarının çoxunun büdcəsinə uyğun deyil. Belə ki, burdakı ən ucuz istirahət mərkəzində bir həftəlik istirahət vətəndaşlara 300-400 manata başa gəlir. Bahalı otellərdə isə qiymət 1500-2000 manat arasında dəyişir. Həmin vəsaitlə vətəndaşlar Avropa ölkələrində 10 gün ürəkləri istəyən şəkildə istirahət edə bilərlər. Bu bahalığı yaradan icra hakimiyyətinin başçısıdır. Çünki şəhərin rəhbəri Naftalanda nə qədər istirahət mərkəzi, turizm obyekti varsa, hamısının sahibini müxtəlif "şərtlər"lə sınağa çəkir. Başçının sınağı demək olar ki, hər ay davam edir. İstirahət mərkəzlərinin sahibləri büdcələrinə dəyən ziyanı kompensasiya etmək məqsədilə məcburən qiymətləri süni şəkildə artırırlar". Başqa bir məlumatda Naftalandakı turizm mərkəzlərinin bir neçəsinin Natiq Aslanova, onun deputat əmisi oğlu Mahir Aslanova və Neft Şirkətinin vitse-prezidenti Bədəl Bədəlova məxsus olması vurğulanır: "Bu şəxslər Naftalanın turizm sektorunu öz nəzarətlərində saxlayır və süni qiymət artımının baş verməsinə səbəb olurlar. Məhz bu səbəbdən son vaxtlar yerli və xarici turistlərin Naftalana marağı azalıb". Yaxın günlərdə icra başçısı, deputat və vitse-prezidentin sərəncamında olan obyektlərin siyahısını dərc edəcəyik. Bizi izləyin.\\gundelik-baku.com\\